"Qız uşağı – "ər verilməli yük" deyil, təhsil almalı, öz arzularını reallaşdırmalı bir insandır" - AÇIQLAMA

"Qız uşağı – "ər verilməli yük" deyil, təhsil almalı, öz arzularını reallaşdırmalı bir insandır" - AÇIQLAMACəmiyyətimizdə zaman-zaman azyaşlı qızların yaşca xeyli böyük kişilərlə evləndirilməsi halları müşahidə olunur. Bu, təkcə sosial və hüquqi deyil, həm də ciddi psixoloji və mənəvi problem kimi qiymətləndirilməlidir. Uşaqlıq yaşında ərə verilmək bir qız övladının həyatını, şəxsiyyətini, psixikasını və gələcək dünyagörüşünü dərin şəkildə zədələyir. Bəs, valideynləri bu qərarı verməyə nə vadar edir?

Psixoloq A.Orucova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Valideynlərin azyaşlı qızlarını yaşlı kişilərlə evləndirməsinin arxasında bir neçə psixoloji və sosial səbəb dayanır:
1. İqtisadi çətinliklər və qorxu:
Maddi durumu zəif olan ailələr bəzən azyaşlı qızlarını ərə verməklə "yükdən qurtulduqlarını" düşünürlər. Qızın gələcək rifahını təmin edə bilməyəcəkləri qorxusu onları bu addıma sövq edir. Valideyn beynində "yaşlı, imkanlı biri ona yaxşı baxar" kimi yanlış düşüncə formalaşır.
2. Cəhalət və ənənəvi düşüncə tərzi:
Bəzi bölgələrdə uşaq evliliyi ənənə kimi qəbul olunur. "Bizim vaxtımızda da belə idi" düşüncəsi, valideynləri yanlış davranışa haqq qazandırmağa vadar edir. Onlar qızlarının uşaq olduğunu, hələ şəxsiyyət formalaşmasının tamamlanmadığını dərk etmirlər.
3. Cəmiyyətin qınağından qorxu:
Xüsusilə kiçik yerlərdə "qız evdə qalıb" damğasından qorxan ailələr, qızlarının gənc yaşda ərə verilməsini "nüfuz məsələsi" kimi görürlər. Bu da onların sosial təzyiq qarşısında yanlış qərar verməsinə səbəb olur.
4. Nəzarət və itaət ehtiyacı:
Psixoloji olaraq bəzən valideynlər qız övladını öz iradəsinə tabe saxlamaq istəyir. Yaşlı bir kişi ilə evliliyin, qızın "daha itaətkar" və "sakit" həyat sürəcəyini düşünürlər. Bu, əslində, valideynin nəzarət ehtiyacının və patriarxal düşüncənin təzahürüdür.
5. Təhsil və maarif çatışmazlığı:
Təhsil səviyyəsi aşağı olan ailələr uşaq evliliyinin psixoloji və hüquqi fəsadlarını anlamırlar. Qız uşağının təhsil almasının, özünü tanımasının və həyatda müstəqil qərarlar verməsinin vacibliyi onlara çatdırılmayıb.

Uşaq yaşda evlilik – nə sevgi, nə ailə, nə də gələcək qurmaq anlamına gəlmir. Bu, psixoloji zorakılıq formasıdır. Belə halların qarşısını almaq üçün maarifləndirmə, sosial dəstək proqramları və psixoloji maarifləndirmə işləri zəruridir. Qız uşağı – "ər verilməli yük" deyil, təhsil almalı, öz arzularını reallaşdırmalı bir insandır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1314   Tarix: 22 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr