"Səma LTD" hansı qaydaları pozub? - Maliyyə sanksiyası və cərimə...
Məşhur mebel firmalarının satışını və istehsalını təşkil edən "Səma LTD" Məhdud Məhsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə sanksiyası tətbiq edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkətdə aparılan operativ vergi nəzarəti üzrə - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, 1000 manat maliyyə sanksiyası tətbiq olunub.
Bu arada, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Səma LTD" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 2000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Məhkəmənin hökmü ilə "Səma LTD" MMC İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat cərimə olunub.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Qasımov Qabil Şamil oğludur. 2014-cü ildə "Səma LTD" MMM-nin "Bellona", "Korona ", "İstikbal", "Mondi" və "Kitchen House" satış mağazalarında 549 min 699,49 manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırılması müəyyən edildiyi üçün Qabil Qasımov cinayət məhsuliyyətinə cəlb edilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Tarixi ədalətin Zəfəri!