Əməliyyatdan 6 gün sonra öldü - Yenilənib
Lənkəranda əməliyyat olunan 60 yaşlı kişi ölüb.
"Qafqazinfo" xəbər verir ki, oktyabrın 29-u Lənkəran şəhər sakini Siyavuş Rzayev yırtıq diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilib. Lakin əməliyyatdan sonra o özünü pis hiss edib.
Mərhumun həyat yoldaşı Azadə Rzayeva bildirib ki, əməliyyatda yoldaşının bağırsağı zədələnib və bu onun zəhərlənməsinə səbəb olub. S.Rzayev buna görə noyabrın 1-i yenidən əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, oktyabrın 29-u saat 02:15 radələrində qasıq nahiyyəsində kəskin ağrılar, şişkinlik, ürəkbulanma və qusma şikayətləri ilə 1965-ci il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.
"Ona sol tərəfli boğulmuş iri həcmli qasıq yırtığı diaqnozu təyin edilib, müvafiq tibbi müayinələrdən keçirildikdən sonra təcili qaydada hospitalizasiya olunaraq əməliyyat blokuna alınıb. Cərrahi müdaxilədən sonra pasiyentin vəziyyəti əməliyyata adekvat qiymətləndirilib və müsbət dinamika müşahidə edilib.
Lakin noyabrın 1-də xəstənin vəziyyəti qəflətən pisləşdiyi üçün yenidən cərrahi əməliyyata alınıb və xəstəyə sol tərəfli hemikolektomiya, stomanın qoyulması proseduru icra edilib.
Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin aparılan bütün reanimasiya tədbirlərlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, bu gün saat 07:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit məhkəmə-tibbi ekspertizası aparılması üçün müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 954 Tarix: 04 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr