Azyaşlıların sürət marağının səbəbi nədir? - AÇIQLAMA

Azyaşlıların sürət marağının səbəbi nədir? - AÇIQLAMADünən gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

İdarəetməni itirən "Mercedes" markalı avtomobil dəmir baryeri qıraraq aşıb.

Hadisə zamanı həlak olanlardan biri 2009-cu il təvəllüdlü İsbi Alıyev 11-ci sinif şagirdi imiş.

O, Göygöl rayonu Qızılca Kənd Rafiq Məmmədov adına 2 Nömrəli tam orta məktəbdə təhsil alırmış.

Qəzada həlak olan digər gənc isə 27 yaşlı Elvin Məmmədov olub. Avtomobili o idarə edirmiş.

Bəs görəsən azyaşlıların, xüsusilə, oğlanaların sürət marağı nədən irəli gəlir?

Bu barədə psixoloq A.Qədirli Sonxeber.az -a açıqlama verib:

"Azyaşlı oğlanlarda sürətə həvəs əslində sadəcə motosiklet və ya avtomobil marağı deyil. Bu, özünü sübut etmə ehtiyacı ilə başlayan və zamanla davranış modelinə çevrilən bir instinktdir. Uşaq və gənc özünü hələ tam formalaşdırmayıb, amma artıq güclü, bacarıqlı, qorxmaz biri kimi görünmək istəyir. Sürət ona bunu ən tez verən vasitədir. Bir neçə saniyədə ürək döyüntüsü artır, adrenalinin verdiyi güc hissi yüksəlir və o, sanki böyüyür, "özünü tapır". Problem ondadır ki, beynin riskləri qiymətləndirən bölməsi bu yaşlarda hələ tam inkişaf etməyib. Yəni uşaq "nəticə nə olacaq?" sualını düşünmür, o an yaşadığı həyəcan onun üçün gerçəyi üstələyir.

Burada ailə modelinin rolu böyükdür. Əgər evdə və ya yaxın çevrədə kişi fiqurları sürəti, risk almanı, "qorxmamağı" kişilik göstəricisi kimi təqdim edirsə, uşaq bunu səsiz şəkildə özünə qayda edir. O, sevgini və qəbul edilməyi belə davranışlarla qazanacağını düşünür. Sosial media da bu prosesi gücləndirir. Bir neçə saniyəlik video ilə qəhrəman olmaq, diqqət çəkmək, dostlar arasında "cool" görünmək çox asandır. Uşaq düşünmür ki, həmin videonun arxasında neçə uşaq xəstəxanaya düşüb, ya da həyatdan gedib. O, yalnız nəticəni deyil, görüntünü görür.

Bütün faciələr isə məhz bu düşüncə boşluğundan doğur. Sürət imkan tələb etmir, amma nəticəni idarə etmək təcrübə və düşüncə tələb edir. Azyaşlı bunu bacarmır. Dəhşətli qəzalar, yaralanmalar və həyatını itirən gənclər məhz "mənə heç nə olmaz" düşüncəsinin real nəticəsidir.

Bu marağı qadağa ilə yox etmək mümkün deyil. "Etmə, minmə, sürmə" demək sadəcə gizli şəkildə daha çox maraq oyadır. Uşaq sürətdən deyil, güc hissindən imtina etmək istəmir. Ona görə valideynlər həmin "gücün" başqa yollarla yaşanmasını təmin etməlidirlər. İdman, dağa yürüş, velosiped turları, təkbətək məşq, məsuliyyət tələb edən hobbilər uşağa "mən bacarıram" hissini təhlükəsiz şəkildə verir. Ən vacibi isə ata və ya ailədə nüfuz sahibi olan kişi şəxs özü davranışı ilə nümunə olmalıdır. Uşaq sözə yox, gördüyünə inanır.

Azyaşlıların sürət arzusu onlarda dəyər qazanmaq və öz yerini tapmaq cəhdidir. Bu ehtiyacı başa düşüb düzgün istiqamətləndirmədikdə nəticə çox vaxt bir anın içində geri dönməyən faciəyə çevrilir"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1057   Tarix: 04 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr