Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ
Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qızın yenidən toy mərasimi keçiriləcəyi ilə bağlı iddialar əsassızdır.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Məlumatda bildirilib ki, qeyd edilən məsələ ilə bağlı hər iki tərəfin valideynləri aidiyyəti üzrə polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik iş aparılıb, iltizamları alınıb:
"Noyabr ayında keçirilməsi planlaşdırılan toy mərasimi iddiaları əsassızdır".
13:20
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabadda 17 yaşlı qız üçün yenidən toy keçiriləcəyinə dair iddialara aydınlıq gətirib.
Sonxeber.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Xatırladılıb ki, bir neçə ay əvvəl Sabirabad rayonunda 18 yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi barədə məlumat yayılmışdı. Dövlət Komitəsi digər qurumlarla birlikdə məsələni araşdırıb və toy mərasiminin keçirilməsinin qarşısı alınıb.
Noyabrın 15-də isə mediada ailənin toy mərasimini yenidən planlaşdırdığı gündəmə gətirilib.
Dövlət Komitəsi tərəfindən Uşaq və Ailələrə Dəstək Mərkəzi və Sabirabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb, aparılan araşdırmalar və ailə ilə danışıq nəticəsində məlum olub ki, yayılan məlumat həqiqəti əks etdirmir.
Ailə tərəfindən bildirilib ki, toy mərasiminin qızın 18 yaşı tamam olduqdan sonra, 2026-cı ilin oktyabr ayında təşkil olunması planlaşdırılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən o da bildirilib ki, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri uşağın hüquqlarının təmin olunmasına nəzarətin, ailə ilə maarifləndirici işin davam etdirilməsi, qanunvericiliyin tələblərinin bir daha izah edilməsi məqsədilə ailəyə yenidən səfər edəcəklər.
Qeyd edək ki, Sabirabadın Yolçubəyli kənd sakini, 35 yaşlı Orxan Mehbalıyevlə rayonun Türkədi kənd sakini, 17 yaşlı Zəhra Salmanlının (18 yaşı 2026-cı il iyunun 19-da tamam olacaq - red.) oktyabrın 15-də qız toyu baş tutmuşdu. Məlumat polisə daxil olduqdan sonra hər iki tərəfin valideynləri şöbəyə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılmış və oktyabrın 23-nə planlaşdırılan oğlan toyunun qarşısının alındığı açıqlanmışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Qədim Şuşada gözəllik yaradılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ