"Konstitusiya və Suverenlik İli" hüquqi dövlətin uğurlarını nümayiş etdirir

"Konstitusiya və Suverenlik İli" hüquqi dövlətin uğurlarını nümayiş etdirirTarixə nəzər saldıqda, görürük ki, hər bir xalqın vahid ali amallar, o cümlədən suverenlik və müstəqillik uğrunda, eləcə də öz hüquqları və mənafeləri ilə bağlı məsələləri həll etmək, həmçinin ali qanun olan Konstitusiyanın qəbul edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirməsi üçün birləşməsində zəruri olan milli ideologiya böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında reallaşır. Azərbaycan xalqı ilə bağlı bu şərəfli missiyanı məhz Ümummilli lider Heydər Əliyev həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev həyatının bütün dövrlərində tarixi ənənə və soykökünün təməl prinsipləri üzərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməyə nail olmuşdur.

14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev milli-mənəvi dəyərləri bərqərar etmək, xalqın şanlı keçmişini, soykökünü qaytarmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, eləcə də ana dilini inkişaf etdirmək üçün ölçüyəgəlməz işlər görmüşdür. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, o cümlədən mütəfəkkir fikirli alimlərinin, ədiblərinin və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə milli ədəbi düşüncənin də inkişafına təkan vermiş, azərbaycanlıların necə zəngin tarixə, qədim soykökünə malik olduğunu dünyaya bəyan etdirmişdir. Əzmkar lider Nizami Gəncəvinin və İmadəddin Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması ilə bağlı partiya qərarlarının verilməsinə belə nail olmuşdur.

Azərbaycan dilini azərbaycançılığın başlanğıc məqamı, ən mühüm cəhəti, təməl prinsipi hesab edən Ümummilli lider Heydər Əliyev kosmopolit ideyaların hökm sürdüyü bir dövrdə milli məfkurənin qorunub saxlanılması istiqamətindəki fəaliyyətində ana dilinin inkişaf etdirilməsi sahəsində də bir sıra mühüm işlər görmüşdür. Müdrik lider yəqin bilirdi ki, xalqa milli-mənəvi dəyərləri aşılamaq üçün ona ilk növbədə öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rəsmi çıxışlarının əksəriyyətində Azərbaycan dilində nitq söyləyən Ulu öndər bütün rəhbər vəzifəlilərdən də bunu tələb edirdi. Onun rəsmi partiya tədbirlərində ana dilində nitqləri həmin vaxtadək heç vaxt işlənməmiş milli siyasi ədəbi dil üslubunu yaratmaqla bərabər, böyük tarixi məna kəsb edirdi.

1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, ciddi maneələrə baxmayaraq, Azərbaycan dilinin bu ali hüquqi aktda dövlət dili kimi təsbit olunması da cəsarətli şəxsiyyətin qətiyyətli mübarizəsinin nəticəsi idi. Bundan sonra, hüquqi əsas yarandığı üçün ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, televiziya, mətbuat, radio, kino, teatr quruculuğunda milli dilin tətbiqini genişləndirmək daha asan oldu. Təbliğat üçün xüsusi önəm kəsb edən bu sahələrdə də milliləşmə prosesi başladı. Məhz Ümummilli liderin təşəbbüsü və himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini və s. əks etdirən mövzularda filmlər çəkildi. Təsadüfi deyildir ki, "Nəsimi", "Babək", "Dəli Kür" və digər bu kimi filmlər gənclərin milli ruhda tərbiyəsində, sonralar onların kütləvi surətdə suverenlik və müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı.

Sadalanan misilsiz xidmətlər millətin həmrəyliyində və mənəvi bütövlüyündə, monolitliyində, bir xalq kimi formalaşması prosesində aparıcı amil olmaqla yanaşı, həm də milli birliyin yaranmasında, bununla da suverenliyin qazanılmasında və müstəqilliyin əldə olunmasında, eləcə də taleyüklü məsələlərin həlli zamanı ümumxalq səsvermələrinin (referendumların) uğurla keçirilməsində olduqca mühüm əhəmiyyət kəsb etmişdir.

Ümummilli liderin 15 iyun 1993-cü il tarixdə xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunması iqtisadi inkişafa zəmin yaratmaqla yanaşı, yeni hədəflərə çatmağa rəvac verdi. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatlar aparıldı. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.

Ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi və bu işə hərtərəfli dəstək verməsi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılır. Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi.

Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Hər bir dövlətin demokratik inkişafı üçün Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, eyni zamanda, onun aliliyinin təmin olunması üçün konstitusiya nəzarəti institutunun yaradılması da labüddür. Buna görə də, məhz Ulu Öndərin təşəbbüsü və onun 14 iyul 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı. Əsas təyinatı Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin ölkəmizin əsas qanununda təsbit edilmiş hüquq və azadlıqlarının etibarlı müdafiəsindən ibarət olan ali konstitusiya ədalət mühakiməsi orqanı, peşəkar hakimlərdən ibarət tərkibdə fəaliyyətini uğurla davam etdirir.

Məlum olduğu kimi, Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Dövlət başçısı Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ili Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan etmişdir.

"Konstitusiya və Suverenlik İli" də Azərbaycan tarixinə uğurlu illərdən biri kimi düşünür. Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun reallaşdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində ölkəmzin çoxşaxəli inkişafı və əhalinin güzəranının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunmuşdur. Dünyada gedən mürəkkəb proseslərə, ümumbəşəri ciddi problemlərə rəğmən respublikamızda iqtisadiyyat güclənmiş, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilmiş və hər bir istiqamət üzrə ardıcıl nailiyyətlər əldə olunmuşdur.

Eyni zamanda, regionlarımızın tarazlı inkişafı ilə bərabər, lider-xalq-ordu birliyi nəticəsində hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilmiş əzəli ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilmişdir. Dövlətimizin hərtərəfli qüdrətlənməsində və əldə olunan ardıcıl uğurlarda, eləcə də beynəlxalq əlaqələrimizin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik, hər bir məqamda dövlət başçısının yanında olan Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin özünəməxsus rolu vardır. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə və prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Əminəm ki, növbəti illərdə də möhtərəm Prezidentin rəhbərliyi ilə dövlətimiz daha da qüdrətlənəcək, eləcə də xalqımızın rifahı hərtərəfli yüksələcəkdir.

Xanlar VƏLİYEV,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi,
ədliyyə general-leytenantı, əməkdar hüquqşünas

"Konstitusiya və Suverenlik İli" hüquqi dövlətin uğurlarını nümayiş etdirir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 893   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah duman olacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiy

31 yanvar
.

Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?

Həkimlərin laqeydliyi, xəstələrə qarşı aqressiv münasibətləri, klinikaların pasiyentlərin şikayətlərinə məhəl qoymamaları Azərbaycan səhiyyə sistemi ilə bağlı əsas şikayətlər arasındadır. Hətta ən bahalı klinikalarla bağlı da bu cür narazılıqlar səslənməkdədir. Paralel olaraq, həkimlər arasında da pasiyentləri

1 fevral
.

76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar bu gedişhaqqı ilə İŞLƏYƏCƏK

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir. AYNA-dan -a verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasın

31 yanvar
.

Bu məbləğdə pensiya alanlara artımla bağlı ŞAD XƏBƏR

Bu gün oxucu müraciəti gəlib. Oxucu müraciətində bildirir ki, pensiyam 434 manatdır. Mənim pensiyam yanvar ayından nə qədər olacaq?. -un sualını Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli cavablandırıb. İqtisadçı bildiib ki, əgər həmin şəxsin aldığı pensiya əmə

1 fevral
.

Onlar bu gün imtahan verir

Bu gün eksternlər üçün aralıq imtahanları keçirilir. "Qafqazinfo" xəbər verir ki, əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Car

31 yanvar
.

Bu gün yola çıxanların nəzərinə - Duman olacaq

Azərbaycanda yanvarın 31-də magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, görünüş məsafəsinin məhdudlaşmasına səbəb ölkə ərazisinin bəzi yerlərində olan dumanlı hava şəraitidi

31 yanvar
.

Camex kargo şirkəti ilə bağlı oğurluq iddiası: AirPods bağlamaları boş çıxdı - VİDEO

Saytımıza Camex kargo şirkəti ilə bağlı şikayət daxil olub. xəbər verir ki, vətəndaş ABŞ-da Apple markasının rəsmi saytından AirPods qulaqcıqları sifariş edib. Sözügedən sifarişlər Camex kargo şirkətinin ünvanına göndərlib. Lakin bağlamanı təhvil aldıqdan sonra qutunu açarkən məhsulun içərisində olmadığın

30 yanvar
.

Küçədə çəkilən görüntülərin sosial şəbəkədə paylaşılması şəxsi həyatın toxunulmazlığını pozurmu? - AÇIQLAMA

Son illər sosial şəbəkələrdə küçədə çəkilən video və fotoların sürətlə yayılması şəxsi həyatın toxunulmazlığı ilə bağlı müzakirələri artırıb. Xüsusilə insanların xəbəri olmadan görüntülərinin paylaşılması cəmiyyət arasında narahatlıq doğurur. Bəs bu cür paylaşımlar Azərbaycan qanunvericiliyinə görə hüqu

30 yanvar
.

Bu xəstəliyi olanlar əsgər aparılmır

Azərbaycanda hərbi xidmətə çağırılan şəxslərin sağlamlıq vəziyyəti "Xəstəliklər cədvəli" əsasında qiymətləndirilir və onurğa əyrilikləri üzrə hərbi xidmətə yararlılıq əyriliyin dərəcəsinə, struktur xüsusiyyətlərinə və funksional pozuntu yaradıb-yaratmamasına görə müəyyən olunur. -ın məlumatın

1 fevral