Boyuna ətir vurmaq təhlükəlidir - XƏBƏRDARLIQ
Son günlər sosial şəbəkələrdə boyun nahiyəsinə ətir vurmağın zərərli olması ilə bağlı müzakirələr yayılıb. İddialara görə, boyun birbaşa qalxanabənzər vəzin üzərində yerləşdiyi üçün bu nahiyəyə parfüm püskürtmək hormon istehsalını poza və sağlamlıq problemlərinə yol aça bilər.
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Los-Ancelesli həkim Eleonora Fedonenkonun fikrincə, boyuna ətir vurmaq hormonlardan daha çox dermatoloji problemlərə səbəb olur.
Həkimin sözlərinə görə, boyuna ətir vurulduqda "Sivatt poikilodermiyası" adlı vəziyyətin yaranma riski artır. Bu, dəridə rəng dəyişikliyi ilə müşahidə olunan bir problemdir və ətirdəki kimyəvi maddələrin havadakı ultrabənövşəyi şüalarla reaksiyası nəticəsində meydana çıxır.
Fedonenko qeyd edib ki, bu maddələr UV işığı ilə təmasda olduqda dəridə qızartı və piqmentasiya ilə müşayiət olunan ləkəli görüntü yaradır və həmin izlər dərinin qatlarında daha da nəzərə çarpır.
Həkim əlavə edib ki, onun müşahidələrinə əsasən, boyun nahiyəsində günəş zədələnməsi üzə nisbətən təxminən 15,5 faiz daha güclü olur. Bunun əsas səbəbi isə insanların boyun bölgəsinə lazımi qədər diqqət ayırmamasıdır.
Mütəxəssis vurğulayıb ki, boyun ətrafındakı dəri çox nazikdir və burada yağ vəziləri az olduğuna görə kimyəvi qıcıqlanmadan sonra bərpa prosesi daha çətin gedir. Halbuki əllərdə və ya baş dərisində dəri daha qalın olduğu üçün bərpa daha sürətli olur.
Kanadalı həkim Rron Beytullahu da Fedonenkonun fikirlərini dəstəkləyərək bildirib ki, boyuna ətir vurmaq piqment dəyişikliklərinə səbəb ola bilər və bu izlər aylarla davam edə bilər.
Onun sözlərinə görə, bu nahiyədə dəri nazikdir, qan damarları çoxdur və günəşə tez-tez məruz qalır. Bu səbəbdən də daha çox nəmi özünə çəkir və asan qıcıqlanır.
Həkim qeyd edib ki, tibbi baxımdan əsas problem fotoreaksiyalardır. Yəni ətirli maddələr günəşlə birlikdə istifadə edildikdə qızartı, rəng dəyişikliyi və bir neçə ay davam edən uzunmüddətli piqmentasiya yarada bilər.
Beytullahu əlavə edib ki, boyuna vurulan ətir eyni zamanda iri qan və limfa damarlarına da təsir göstərir. Hərçənd təsir səviyyəsi aşağıdır, lakin təkrar təmas kontakt dermatit, yanma hissi və gecikmiş həssaslıq reaksiyalarına səbəb ola bilər.
Mütəxəssislər boyuna ətir vurmaq əvəzinə, ətiri geyim üzərinə və ya günəş şüalarına daha az məruz qalan bədən nahiyələrinə püskürtməyi tövsiyə edirlər.(lent.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəncəfil və sarıkökün bilinməyən zərərləri
Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib
14 sentyabr 2021Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı
"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial
13 sentyabr 2021Yatmazdan 1 saat əvvəl süd için
Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur
15 sentyabr 2021Koronavirusun simptomları dəyişdi
Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən
14 sentyabr 2021Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər
Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə
15 sentyabr 2021Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -
13 sentyabr 2021Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI
Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı
16 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021