Saçların uzanmasını necə sürətləndirmək olar? - 1 nömrəli efir yağı
Rozmarin yağı saçları möhkəmləndirir, qıvrımlarla mübarizə aparır və istilik zərərlərindən qoruyur, eləcə də böyüməni stimullaşdırır. Sosial media yağın möcüzəvi xüsusiyyətləri haqqında danışır, indi isə bərbərlər bunun doğru olub-olmadığını aydınlaşdırıblar.
Valyuta.az xəbər verir ki, bu barədə "Realsimple" yazıb.
Rozmarin yağının faydaları
"Tərkibi baş dərisi üçün antiseptik xüsusiyyətləri ilə daha çox tanınır. Bu da onu kəpəklə mübarizə üçün ideal edir", deyə bərbər və təbii saçlar üzrə ekspert Dərris Pis bildirib.
Rozmarin yağı saç artımı üçün
Triхoloq Vilyam Qaunitsin sözlərinə görə, 2015-ci ildə aparılan bir araşdırmada saç tökülməsinə qarşı istifadə olunan "minoksidil" ilə rozmarin yağı altı ay ərzində müqayisə edilib. Hər iki vasitə oxşar nəticələr göstərib, lakin rozmarin yağı baş dərisini daha az qıcıqlandırdığı üçün daha üstün hesab olunub.
Triхoloq Bridjit Hill isə bildirib ki, baş dərisinin mikrobiom balansının qorunması saç artımı mövzusunda əsas prioritet olmalıdır:
"Rozmarin yağı antimikrob və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, qan dövranını yaxşılaşdırır və tərkibində yağ turşuları var. Bu səbəbdən saçların uzanması üçün faydalıdır".
Rozmarin yağını necə hazırlamaq olar?
Dərinin qıcıqlanma riskini azaltmaq üçün efir yağları adətən kokos və ya zeytun yağı kimi yumşaq baza yağları ilə durulaşdırılır. Bunun üçün bir çay qaşığı rozmarin yağını yarım stəkan baza yağına əlavə etmək kifayətdir.
Rozmarin yağını saçlara necə çəkmək olar?
Rozmarin yağı yağ turşuları ilə zəngin olduğu üçün ondan az miqdarda istifadə etmək tövsiyə olunur. Bu, baş dərisinin və saçların həddindən artıq yağlanmasının qarşısını alır.
"Rozmarin yağından istifadə etməyin ən yaxşı yolu onu az miqdarda baş dərisinə sürtüb masaj etməkdir. İstifadə olunan yağın miqdarı saçın sıxlığından asılıdır", deyə Dərris Pis məsləhət görür.
Mütəxəssislər yağı həftədə təxminən üç dəfə baş dərisinə çəkib barmaq ucları ilə yumşaq masaj etməyi tövsiyə edirlər. Bu, qan dövranını və yağın hopmasını yaxşılaşdırır. Triхoloq məsləhətçisi Anabel Kinqsli isə rozmarin yağının yuyulmayan vasitə kimi tətbiq edilməsini məsləhət görür ki, təsir göstərmək üçün daha çox vaxtı olsun.
Alternativ olaraq, dermatoloq Mamina Tureqano tərəfindən tövsiyə edilən daha sürətli üsul da var: "Şampuna üç-beş damcı rozmarin efir yağı əlavə edib baş dərisinə masaj edin, beş dəqiqə saxlayın və sonra yuyun".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəncəfil və sarıkökün bilinməyən zərərləri
Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib
14 sentyabr 2021Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı
"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial
13 sentyabr 2021Yatmazdan 1 saat əvvəl süd için
Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur
15 sentyabr 2021Koronavirusun simptomları dəyişdi
Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən
14 sentyabr 2021Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər
Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə
15 sentyabr 2021Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -
13 sentyabr 2021Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI
Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı
16 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021