Saqqız udmaq təhlükəlidirmi?

Saqqız udmaq təhlükəlidirmi?Əvvəllər saqqız tropik bölgələrdə yetişən manilkara (manika) zapota ağacının şirəsindən hazırlanırdı. Elastik quruluş əldə etmək üçün tərkibinə parafin mumu əlavə olunurdu. Zamanla istehsal prosesi dəyişdi və saqqız sintetik kauçuk əsaslı materiallardan hazırlanmağa başladı. Bu isə ona müxtəlif dad və rənglərin verilməsini daha asanlaşdırdı.

"Qafqazinfo" xəbər verir ki, müasir saqqızın tərkibi bir neçə komponentdən ibarətdir: əsas baza kimi lateks və ya sintetik kauçuk, eləcə də, sorbit, dadlandırıcılar, yumşaldıcılar və digər qatqılar istifadə olunur.

Bu maddələrin əksəriyyəti kimyəvi mənşəlidir. Mütəxəssislərin fikrincə, tərkib elementləri həddindən artıq və ya nəzarətsiz istifadə edildikdə bəzi insanlarda həzm sistemi ilə bağlı narahatlıqlara səbəb ola bilər.

Həkimlər bildirirlər ki, saqqız udulduqda mədə və bağırsaqlarda həzm olunmur, lakin bu, onun mədədə ilişib qalması demək deyil. Adətən, saqqız həzm sistemi boyunca hərəkət edərək təbii yolla orqanizmdən xaric olur. Bununla belə, qısa müddətdə bir neçə ədəd saqqızın udulması nadir hallarda bağırsaq keçməzliyi riskini artıra bilər.

Mütəxəssislər saqqızı çeynədikdən sonra udmamağı tövsiyə edirlər. Onun təsadüfən tənəffüs yollarına düşməsi boğulma təhlükəsi yarada, həmçinin bəzi hallarda həzm və tənəffüs sistemi ilə bağlı fəsadlara səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 567   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çəki atmaq üçün istifadə edilən dərmanların gözlənilməz təsiri açıqlandı

Çəkini tənzimləmək və şəkərli diabeti müalicə etmək üçün məşhur dərmanlardan istifadə edən pasiyentlər alkoqolun onlara artıq zövq vermədiyini və spirtli içkilərə meyllərinin azaldığını getdikcə daha çox bildirirlər. xəbər verir ki, bu barədə -ya rusiyalı endokrinoloq İrina Lenkina məlumat verib. Mütəxəssi

19 iyul
.

Bu baş ağrısı həyatınız üçün təhlükəli ola bilər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qəfil başlayan və bir neçə saniyə ərzində çox şiddətlənən baş ağrısı həyati təhlükə yaradan vəziyyətin əlaməti ola bilər. Belə hallarda vaxtında tibbi yardım göstərilməsi həyatı xilas edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər "ildırımvar

5 iyul
.

Uzun ömür sürmək üçün nə yemək lazımdır? - Ən faydalı 11 qida

Sağlam qidalanma uzunömürlülüyün əsas amillərindən biri hesab olunur. Antioksidantlarla zəngin qidaların gündəlik rasiona daxil edilməsi iltihabı azaltmağa, hüceyrələri zədələnmədən qorumağa və xroniki xəstəliklərin inkişaf riskini aşağı salmağa kömək edə bilər. Qaynarinfo "Verywell Health"

9 iyul
.

Hansı qızılbalıqda omeqa-3 daha çoxdur: Təzə, yoxsa konservləşdirilmiş?

İnsan orqanizminin omeqa-3 yağ turşularına ehtiyacı var. Bu maddələri qida əlavələrindən, həmçinin qoz-fındıq, toxum və yağlı balıq kimi məhsullardan əldə etmək mümkündür. Qaynarinfo "Real Simple" nəşrinə istinadən xəbər verir ki, qızılbalıq da orqanizmi omeqa-3 yağ turşuları ilə təmin edə

3 iyul
.

İnsan ömrünün son həddi açıqlandı

Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalmanı ləngidən ideal dərman hazırlansa belə, insanların əbədi yaşaması mümkün olmayacaq. "Qafqazinfo"nun məlumatına görə, rusiyalı alimlərin yeni araşdırması göstərir ki, hüceyrələrdə zamanla yığılan təsadüfi DNT mutasiyaları insan ömrü üçün aşılmas

24 iyul
.

Ürək sağlamlığını qorumaq üçün bu 3 qidadan uzaq durun

Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "HuffPost" nəşrinin məlumatına görə, kardioloqlar və dietoloqlar ürək sağlamlığını qorumaq üçün qidalanmada ediləcək bir neçə sadə dəyişikliyin böyük fayda verə biləcəyini bildirirlər. Mütəxəssisləri

21 iyul
.

Vəba hələ də insanların sağlamlığına təsir edir - Təhlükəli xəstəliklərlə əlaqə tapıldı

XIV əsrdə baş vermiş və milyonlarla insanın ölümünə səbəb olmuş Qara ölüm pandemiyası zamanı yaranan genetik dəyişikliklər bu gün də insan orqanizminin təhlükəli infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır. Lakin alimlər bildirirlər ki, bunun mənfi tərəfi də var. Qaynarinfo xəbər verir ki, genetikləri

27 iyul
.

İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır

A vitamini insan orqanizmində təkcə immunitet və dəri sağlamlığı üçün deyil, həm də görmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. Alimlərin son araşdırması göstərib ki, bu vitaminin törəmələri insanın hələ ana bətnində olarkən iti mərkəzi görməsinin yaranmasına birbaşa təsir edir. -in məlumatın

10 iyul
.

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi

Qarpızın tərkibində artıq nitratların olduğunu su və yodla aparılan iki test göstərə bilər. Lakin nitrat səviyyəsini gözlə dəqiq müəyyən etmək mümkün deyil, ona görə də nitrat testerindən istifadə etmək ən yaxşısıdır. -a istinadla xəbər verir ki, bu barədə rusiyalı kənd təsərrüfatı elmləri doktoru, dosen

4 iyul