Avokado sağlam həyatın açarıdır: Ürək və xolesterola təsiri..
Son illərdə sağlam qidalanmanın ayrılmaz hissəsinə çevrilən avokado yalnız dadı ilə deyil, həm də insan sağlamlığına verdiyi mühüm faydalarla diqqət çəkir.
Qaynarinfo "New York Times"a istinadən xəbər verir ki, Harvard T.H. Çan İctimai Səhiyyə Məktəbi və Texax Universitetinin mütəxəssisləri bu meyvənin xüsusilə ürək-damar sistemi və xolesterola təsirini araşdırıblar.
Mütəxəssislərin sözlərinə görə, avokado tərkibində az karbohidrat, yüksək miqdarda lif və sağlam yağlar ehtiva edən zəngin qida mənbəyidir. Harvard Universitetinin professoru Frank Hu bildirir ki, bu xüsusiyyətlər onu xüsusilə bitki əsaslı qidalanan insanlar üçün daha doyurucu və faydalı edir.
Texas Universitetinin dietoloqu Elizabet Klinqbel qeyd edib ki, avokadonun tərkibindəki yağların böyük hissəsi təkli doymamış yağlardan ibarətdir. Bu yağlar damarları tıxayan və ürək xəstəlikləri riskini artıran doymuş yağlardan fərqli olaraq, ürək sağlamlığını qorumağa kömək edir.
Mütəxəssislər vurğulayır ki, qidalanma vərdişləri xolesterol səviyyəsinə birbaşa təsir göstərir. Doymuş yağlarla zəngin qidalar LDL ("pis") xolesterolu artırdığı halda, avokado kimi məhsullar bu səviyyəni azaltmağa kömək edir.
Bu səbəbdən qırmızı ət, kərə yağı və pendir kimi məhsulların əvəzinə avokado istifadəsi daha sağlam seçim hesab olunur. Bu, həm xolesterolu nəzarətdə saxlamağa, həm də damar tıxanması riskini azaltmağa imkan verir.
Mütəxəssislər bildirir ki, avokadonun gündəlik rasiona daxil edilməsi ürək-damar xəstəliklərinə qarşı təbii qoruyucu rol oynaya bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyin üçün zərərli qidalar açıqlandı
Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl
17 sentyabr 2021Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO
Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik
9 sentyabr 2021Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu
Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb
11 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Payız soyuqdəyməsindən bunlarla qorunun
Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana
17 sentyabr 2021Yuxusuzluq bu ağır pozulmaların riskini artırır
European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir
15 sentyabr 2021Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18 sentyabr 2021Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
15 sentyabr 2021Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar
10 sentyabr 2021