İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki "Həzrət Sultan" Muzey-Qoruğu ilə tanış olub.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçılarına qoruq haqqında məlumat verilib. Bildirilib ki, "Həzrət Sultan" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki "Nadir Eksponatlar Zalı" Qazaxıstanın ən əhəmiyyətli muzey və sərgi layihələrindən biridir. Məqsəd orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq və təbliğ etməkdir. Muzeydə Türküstanın zəngin tarixi, türk dünyasının mənəvi irsi və Xoca Əhməd Yasəvi məqbərəsinə aid nadir artefaktlar nümayiş olunur. Hazırda muzey-qoruğun kolleksiyasında 26 mindən çox eksponat var ki, onların da təxminən 80 faizi artefaktdır.
Sonra Türküstanda yerləşən Xoca Əhməd Yasəvi məqbərəsi ilə tanışlıq olub. Bura Mərkəzi Asiyanın ən böyük islam memarlığı abidələrindən biridir və Qazaxıstanın mənəvi rəmzi kimi qəbul edilir. Məqbərə XIV əsrin sonunda görkəmli sufi şair, mütəfəkkir Əhməd Yasəvinin dəfn olunduğu yerdə Əmir Teymurun göstərişi ilə inşa olunub. Vahid memarlıq dizaynına malik bu kompleksdə 35-dən çox müxtəlif təyinatlı otaq yerləşir. Nadir artefaktların saxlanıldığı məqbərə islam dünyasının mənəvi və mədəni mərkəzlərindən biri hesab olunur.















Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 620 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun d
25 noyabrPrezident Estoniya XİN rəhbərini qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı. Azərbaycanla Estoniya arasında münasibətləri
27 noyabrKəlbəcərin azad edilməsindən 6 il ötür
"Altı il əvvəl noyabrın 25-də Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunu işğal etdilər. Nəticəd
23 noyabrAzərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı
Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. xəbər verir ki, sənədlərin imzalanması və mübadiləsi Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində baş tutub. Belə ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın "Leonard
23 noyabrPrezidentin Vyetnam səfərindən - Görüntülər
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:
21 noyabrİlham Əliyev Trampa təşəkkür etdi
Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ lideri Donald Trampa təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Hörmətli Prezident Donald Tramp, Beynəlxal
23 noyabr