Sağlam qocalmaq üçün yuxu - Az, yoxsa çox yataq?
ABŞ və bir neçə ölkənin alimlərinin iştirakı ilə aparılan yeni genişmiqyaslı araşdırma göstərib ki, həm az, həm də həddindən artıq yuxu insan orqanizmində qocalmanı sürətləndirə və müxtəlif xəstəliklərin riskini artıra bilər.
Qaynarinfo euronews-a istinadən xəbər verir ki, tədqiqat zamanı Böyük Britaniya Biobankında yer alan təxminən yarım milyon insanın məlumatları təhlil edilib. Araşdırma nəticəsində məlum olub ki, gündə mütəmadi olaraq 6 saatdan az və ya 8 saatdan çox yatan şəxslərdə bioloji qocalma əlamətləri daha çox müşahidə edilir.
Alimlər beyin görüntüləri, qan zülalları və orqanizmdəki kimyəvi göstəricilər əsasında süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə edərək "bioloji qocalma saatları" adlı xüsusi model hazırlayıblar. Bu model insanın faktiki yaşından daha sürətli və ya daha yavaş qocalmasını müəyyən etməyə imkan verir.
Araşdırmada "U formalı" qanunauyğunluq qeydə alınıb. Belə ki, orta diapazonda - təxminən 7-8 saat yatan şəxslərin sağlamlıq göstəriciləri daha yaxşı olub. Həm az, həm də çox yatanlarda isə qocalmanın sürətləndiyi müəyyən edilib.
Tədqiqatın müəlliflərindən biri, Kolumbiya Universiteti Vagelos Həkimlər və Cərrahlar Kollecinin radiologiya üzrə dosenti Cunhao Ven bildirib ki, yuxu müddəti yalnız beynə deyil, bütün orqanizmə təsir göstərən mühüm amildir:
"Araşdırma göstərir ki, yuxu metabolik balansın və immun sisteminin qorunmasında vacib rol oynayır".
Tədqiqat nəticələrinə görə, qısa yuxu depressiya və narahatlıq kimi psixi problemlərlə yanaşı, ürək xəstəlikləri, 2-ci tip diabet, piylənmə, astma və reflüks kimi xəstəliklərlə də əlaqələndirilir.
Uzunmüddətli yuxu da müəyyən sağlamlıq problemləri ilə bağlı olsa da, alimlər bunun bəzi hallarda gizli xəstəliklərin göstəricisi ola biləcəyini bildiriblər.
Bununla yanaşı, tədqiqatçılar vurğulayıblar ki, araşdırma yuxunun birbaşa olaraq qocalmaya səbəb olduğunu tam sübut etmir. Çünki məlumatların əksəriyyəti iştirakçıların öz verdiyi məlumatlara əsaslanıb. Alimlər gələcəkdə daha dəqiq ölçmələr və daha müxtəlif əhali qrupları üzərində əlavə tədqiqatların aparılmasının vacibliyini qeyd ediblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyin üçün zərərli qidalar açıqlandı
Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl
17 sentyabr 2021Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO
Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik
9 sentyabr 2021Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu
Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb
11 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Payız soyuqdəyməsindən bunlarla qorunun
Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana
17 sentyabr 2021Yuxusuzluq bu ağır pozulmaların riskini artırır
European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir
15 sentyabr 2021Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18 sentyabr 2021Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
15 sentyabr 2021Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar
10 sentyabr 2021