İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bu ilin aprelində Gürcüstana dövlət səfərini məmnunluqla xatırlayıb, bu səfərin münasibətlərimizin möhkəmlənməsi işinə verdiyi töhfəni qeyd edib. Prezident İlham Əliyev bu gün imzalanacaq sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinə toxunub.
Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqdan xüsusi məmnunluq hissi keçirdiyini deyib.
Prezident İlham Əliyevə Gürcüstana dövlət səfəri etdiyinə görə minnətdarlığını bildirən İrakli Kobaxidze bu səfərin hər kəsdə dərin təəssüratlar oyatdığını vurğulayıb.
Qonaq Azərbaycan ilə Gürcüstanın bir çox ölkələr üçün bağlantılar baxımından vacib rol oynadığını qeyd edib və gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəminə toxunub.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentini təbrik edən İrakli Kobaxidze tədbirin dünya şəhərsalma gündəliyini müzakirə etmək üçün yaxşı platforma olduğunu deyib.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Görüşdə ölkələrimiz arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına toxunulub, ikitərəfli gündəliyimizin çox geniş olduğu qeyd edilib. Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin mökləmlənməsində rolu vurğulanıb.
Sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.










Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu