WUF13 Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edəcək

WUF13 Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edəcəkMay ayının 17-22-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkəmiz üçün yalnız beynəlxalq tədbir statusu daşımır, eyni zamanda, siyasi, iqtisadi, diplomatik və strateji baxımdan əhəmiyyət kəsb edən qlobal platformadır. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, beynəlxalq təşkilatların, şəhərsalma üzrə ekspertlərin, investorların və akademik dairələrin iştirakı ilə keçiriləcək bu forum Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş imicinin növbəti dəfə təsdiqi kimi qiymətləndirilməlidir. WUF13-ün Azərbaycanda təşkili ilk növbədə ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Belə mötəbər tədbirlərə ev sahibliyi etmək üçün yalnız infrastruktur imkanları kifayət etmir. Bunun üçün siyasi sabitlik, təhlükəsizlik, beynəlxalq etimad və dövlət idarəçiliyində yüksək təşkilati potensial tələb olunur.
Azərbaycanın son illərdə COP29, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri, Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüsləri və digər qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin beynəlxalq diplomatiyada artan çəkisini açıq şəkildə nümayiş etdirir. Bu baxımdan WUF13-ün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin və ölkənin qlobal proseslərdə fəal iştirakının məntiqi nəticəsidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq humanitar və mədəni diplomatiya sahəsində qazandığı uğurlar ölkəmizə olan etimadın möhkəmlənməsində mühüm rol oynayır. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən humanitar layihələr, təhsil, səhiyyə, mədəni irsin qorunması və sosial dəstək proqramları Azərbaycanın humanist dövlət imicini gücləndirib. Pakistan, Türkiyə, İtaliya, Fransa, Vatikan və digər ölkələrdə məktəblərin, xəstəxanaların, tarixi-mədəni abidələrin bərpasına göstərilən dəstək Azərbaycanın beynəlxalq humanitar həmrəyliyə verdiyi töhfənin bariz nümunəsidir.
Bakı Olimpiya Stadionunun ərazisində təşkil edilən və "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan WUF13 həm əhatə dairəsinə, həm də iştirakçı sayına görə fərqlənir. Tədbirdə iştirak etmək üçün 182 ölkədən 45 mindən artıq şəxs qeydiyyatdan keçib ki, bu da forumun tarixində rekord göstəricidir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik. "Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir", - deyə dövlətimizin başçısı bildirib.
Ölkə başçısı həmçinin bildirib ki, Bakıda keçirdiyi bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlətimizin başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib.
Açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik. Dövlətimizin başçısı bu ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunduğunu da diqqətə çatdırıb.
Forumun əsas müzakirə mövzularından biri olan dayanıqlı şəhər inkişafı, "ağıllı şəhər" konsepsiyası və yaşıl enerji yanaşmaları Azərbaycan üçün xüsusi aktuallıq daşıyır. Çünki işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi artıq ənənəvi tikinti modeli deyil, müasir şəhərsalma fəlsəfəsinə əsaslanan yeni inkişaf konsepsiyası kimi formalaşır. Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqi, bərpaolunan enerji mənbələrinin istifadəsi, rəqəmsal idarəetmə sistemlərinin qurulması, ekoloji tarazlığın qorunması və yaşıl enerji zonalarının yaradılması beynəlxalq şəhərsalma təcrübəsinə yeni nümunə təqdim edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq modeli postmünaqişə dövrü üçün innovativ inkişaf nümunəsi hesab oluna bilər. Dünyada müharibədən zərər görmüş ərazilərin bərpası ilə bağlı müxtəlif təcrübələr mövcuddur. Lakin Azərbaycanın fərqi ondan ibarətdir ki, burada yalnız infrastrukturun bərpası deyil, paralel şəkildə müasir texnologiyalar, ekoloji yanaşmalar və dayanıqlı inkişaf prinsipləri tətbiq olunur. Zəngilan, Ağalı, Füzuli, Şuşa və digər bölgələrdə həyata keçirilən layihələr artıq beynəlxalq təşkilatlar tərəfindən maraqla izlənilir. Xüsusilə "yaşıl enerji zonası" konsepsiyası gələcəyin şəhərsalma modelinə uyğun yanaşma kimi diqqət çəkir. 2022-ci ildən etibarən ölkəmiz BMT-nin Məskunlaşma Proqramı ilə birgə üç Milli Şəhərsalma Forumunu uzun illər ərzində işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirib. "Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk", - deyə dövlətimizin başçısı vurğulayıb.
WUF13 çərçivəsində müxtəlif ölkələrin şirkətləri, investorları və maliyyə institutları Azərbaycanın şəhərsalma, infrastruktur, yaşıl enerji, rəqəmsal texnologiyalar və tikinti sektorundakı potensialı ilə yaxından tanış olacaqlar. Bu isə xüsusilə işğaldan azad edilmiş ərazilərə xarici investisiyaların cəlb olunmasına əlavə stimul verə bilər.
Azərbaycan hazırda regionun ən iri yenidənqurma və infrastruktur layihələrindən birini həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda yolların, hava limanlarının, enerji xətlərinin, yaşayış məntəqələrinin və sosial obyektlərin tikintisi böyük iqtisadi dövriyyə yaradır. WUF13 bu layihələrin beynəlxalq investorlar üçün təqdimat platformasına çevrilə bilər. Xüsusilə yaşıl enerji, ağıllı texnologiyalar, ekoloji tikinti materialları və rəqəmsal idarəetmə sahəsində fəaliyyət göstərən şirkətlər üçün Azərbaycan yeni əməkdaşlıq imkanları təqdim edir. Forumun turizm və xidmət sektoruna da müsbət təsiri gözlənilir. Minlərlə xarici qonağın ölkəyə səfəri hotellər, nəqliyyat, xidmət və digər sahələrdə iqtisadi aktivliyi artıracaq. Eyni zamanda, bu tədbir Azərbaycanın müasir infrastruktura malik, təhlükəsiz və beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan olduğunu bir daha nümayiş etdirəcək. Bu isə gələcəkdə digər beynəlxalq tədbirlərin ölkəmizdə təşkili baxımından əlavə üstünlüklər yaradır. WUF13 həm də Azərbaycanın regional liderlik mövqeyini gücləndirən amillərdən biri kimi çıxış edir. Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik olan Azərbaycan artıq nəqliyyat, enerji və logistika layihələri ilə yanaşı, dayanıqlı şəhərsalma və yaşıl inkişaf gündəliyində təşəbbüskar ölkə kimi ön plana çıxır. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirir və yeni əməkdaşlıq platformalarının formalaşmasına töhfə verir.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin qlobal nüfuzunun artmasının, beynəlxalq etimadın möhkəmlənməsinin və həyata keçirilən strateji inkişaf siyasətinin mühüm göstəricisidir. Forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi müasir quruculuq modelini dünyaya təqdim etməklə yanaşı, yeni iqtisadi imkanların açılmasına, investisiya mühitinin genişlənməsinə və dövlətimizin beynəlxalq imicinin daha da güclənməsinə xidmət edəcək.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 174   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türküstünda TDT liderləri çay süfrəsində söhbətləşiblər

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ərəfəsində liderlər çay süfrəsində bir araya gəliblər. xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə və Özbəkistan liderləri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliye

15 may
.

Prezidentin köməkçisi: "Ermənistanla münasibətlərin qurulması sülhə can atdığımızı göstərir"

"Uzun illər sürən müharibədən sonra qonşu Ermənistanla münasibətlərin qurulması Azərbaycanın regionda sülh və sabitliyə nail olmağa can atdığını təsdiqləyir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasını

14 may
.

Azərbaycan Prezidenti qonaqlara "Sea Breeze"ə baş çəkməyi tövsiyə edib

Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda həyata keçirilən Ağ Şəhər və "Sea Breeze" layihələrinə də toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, çirkləndiyi üçün əvvəllər ərazinin "Qara şəhər" adlandırıldığını söyləyən dövlətimizin başçısı deyib: "İndi isə biz müasi

18 may
.

Prezident: "Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik"

"Şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zaman

18 may
.

"Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində böyük işlər həyata keçirilir" - DEPUTAT

"Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas vəzifə hesab olunur". Bunu -a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. O, açıqlamasında qeyd edib ki, bunun üçün ölkəmizdə tez-tez yeni qanu

8 may
.

İlham Əliyev Qazaxıstana işgüzar səfərə gedib - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, Türküsta

15 may
.

WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib

Bu günədək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib. xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb. "Bu güclü qlobal reaksiya WUF13 ətrafında artan marağı, həmçinin daha təhlükəsiz, inklüziv və dayanıql

16 may
.

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-d

12 may
.

Prezident: "WUF13-də rekord sayda iştirakçıları qəbul edirik"

"Bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı söyləyib. "Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-da

18 may