Azərbaycana təşəkkür etdi
Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) təşkil etdiyi üçün Azərbaycana təşəkkür edib.
Sonxeber.az Report-a istinadən xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində danışıb.
"Azərbaycana və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkürümüzü bir daha ifadə edirik. Biz onun nəticələrini hamı üçün daha ədalətli, davamlı və firavan gələcəyə doğru praktiki bir addım kimi səbirsizliklə gözləyirik. Bununla da bilik və texnologiya transferinə, eləcə də təcrübə mübadiləsinə ən yüksək əhəmiyyətin verilməsini təmin edə bilərik", - o qeyd edib.
"Birləşmiş Millətlər Təşkilatının (BMT) bu mühüm tədbirində görüşümüz münasibətilə sessiyaya ev sahibliyi edən Azərbaycanın Prezidenti İlham Heydər oğlu Əliyevə, dost Azərbaycana və onun xalqına səmimi təşəkkür və minnətdarlığımızı bildiririk. Bakı orijinallıqla müasirlik, eləcə də irslə şəhərsalma sahəsində gələcəyə yönəlmiş baxış arasında qarşılıqlı əlaqənin nümunəsini təmsil edir", - Sədr deyib.
Qonaq həmçinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) şəhər icmalarının çətinliklərinin həllində beynəlxalq əməkdaşlığı gücləndirmək istiqamətindəki davamlı səylərinə, eləcə də müasir platforma və alətlərin yaradılması sahəsindəki fasiləsiz fəaliyyətinə görə təşəkkür edib: "Bu alətlərin başında duran Qlobal Tədbirlərin İdarə Edilməsi Sistemi beynəlxalq iştirakın artırılmasına, dövlət qurumları və şəhərsalma ilə bağlı inkişaf layihələri üzrə ekspertlər arasında koordinasiya və qarşılıqlı əlaqənin asanlaşdırılmasına yönəlmiş mütərəqqi bir yanaşmanı əks etdirir".
"Builki forumun mövzusu olan "Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" sadəcə beynəlxalq bir tədbirin adı deyil, əksinə, şəhərlərin gələcəyinə yenidən baxmaq və insanların təhlükəsiz, ləyaqətli və davamlı mənzil hüququnu necə təmin etmək barədə qlobal bir çağırışdır. Bu gün dünya, sosial bərabərsizliklərin kəskinləşdiyi, iqlim dəyişikliyinin artan təsirləri, sürətli şəhər böyüməsi, miqrasiya və məcburi köçkünlük göstəricilərinin yüksəldiyi bir şəraitdə milyardlarla insana təsir edən və getdikcə böyüyən bir mənzil böhranı ilə üz-üzədir. Nəticə etibarilə, mənzil təminatı artıq dar çərçivəli bir məsələ deyil, sabitliyin, inkişafın və ictimai təhlükəsizliyin fundamental sütununa çevrilib. Liviyada biz daha dayanıqlı, inklüziv və ədalətli şəhərlərin salınmasının vacibliyini tam şəkildə dərk edirik", - Məhəmməd Yunis Əl-Mənfi bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu