"28 May Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsi və müasir dövlətçiliyimizin təməlidir" - DEPUTAT

"28 May Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsi və müasir dövlətçiliyimizin təməlidir" - DEPUTAT"28 May Azərbaycan dövlətçiliyinin bərpası, milli azadlıq ideallarının gerçəkləşməsi və xalqın müstəqil yaşamaq iradəsinin təntənəsi kimi böyük tarixi əhəmiyyət daşıyır. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Bununla da Azərbaycan xalqı əsrlər boyu davam edən dövlətçilik ənənələrini yenidən dirçəltmiş, müstəqil və demokratik dövlət qurmaq iradəsini bütün dünyaya nümayiş etdirmişdir", - bunları Sonxeber.az -a açıqlama verən deputat Pərvanə Vəliyeva deyib:

"XX əsrin əvvəllərində dünyada və regionda baş verən siyasi proseslər Azərbaycan xalqının milli azadlıq hərəkatını gücləndirdi. Çar Rusiyasının süqutundan sonra Cənubi Qafqazda yeni siyasi şərait formalaşmışdır. 1918-ci ilin 28 may tarixində Tiflisdə fəaliyyət göstərən Milli Şura tərəfindən "İstiqlal Bəyannaməsi" qəbul olundu və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. Bu tarixi sənəd xalqın suveren hüquqlarını təsbit edir, Azərbaycanın müstəqil dövlət olduğunu bəyan edirdi. Cümhuriyyətin qurucuları arasında Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər görkəmli ziyalılar mühüm rol oynamışlar.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Respublika demokratik idarəçilik prinsiplərinə əsaslanırdı. İlk dəfə olaraq qadınlara seçki hüququ verilməsi, parlamentin yaradılması, dövlət atributlarının qəbul edilməsi və milli ordunun formalaşdırılması həmin dövr üçün böyük tarixi hadisələr idi. Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması ölkədə tolerantlıq və demokratik dəyərlərin mövcudluğunu göstərirdi. Həmin vaxt Dövlət dili Azərbaycan dili elan edilmiş, milli təhsil sistemi yaradılmış, mədəniyyət və elm sahəsində mühüm addımlar atılmışdır. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması da Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri hesab olunur.
1920-ci ilin aprel ayında bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı və ölkə sovet hakimiyyəti altına keçdi. Bununla belə, xalqın azadlıq arzusu heç zaman sönmədi.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə Azərbaycan yenidən müstəqillik əldə etdi. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi və Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Müasir Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etmişdir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən müstəqilliyin qorunması və möhkəmləndirilməsi Azərbaycan tarixində xüsusi yer tutur. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik təmin edildi, dövlətçilik ənənələri möhkəmləndirildi və Azərbaycanın beynəlxalq nüfuzu artdı. Məhz onun rəhbərliyi ilə milli dövlətçilik ideologiyası formalaşdı, Azərbaycan dünya birliyində layiqli yer tutdu.
Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Bu strategiya bu gün də Ulu Öndərin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müstəqil, güclü və inkişaf edən dövlət kimi dünya miqyasında tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər qazanmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, beynəlxalq layihələrdə fəal iştirakı, enerji və nəqliyyat sahəsində mühüm mövqeyi ölkəmizin müstəqilliyinin Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyini göstərir.
2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
2021-ci il 15 oktyabr tarixində "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı.
Beləliklə, 28 May Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsi və müasir dövlətçiliyimizin təməlidir. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olsa da, xalqımızın tarixində silinməz iz qoymuşdur. Bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğurlar həmin müqəddəs irsin davamıdır.
Müstəqilliyimizin əbədi və dönməz olması naminə hər bir Azərbaycan vətəndaşı dövlətinə sadiq olmalı, milli birlik və həmrəyliyi daim qorumalıdır. 28 May - Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli qürurunun və dövlətçilik ənənələrinin ən parlaq simvoludur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 567   Tarix: 25 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəy

4 avqust
.

İsrail İrana qarşı müharibəyə qoşula bilər? - POLİTOLOQDAN AÇIQLAMA

Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşməsi fonunda İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlara qoşula biləcəyi ilə bağlı iddialar beynəlxalq gündəmdə geniş müzakirə olunur. Rəsmi səviyyədə yekun qərar açıqlanmasa da, bölgədə baş verən son hadisələr və tərəflərin sərt bəyanatlar

6 avqust
.

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Fotolar

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barəd

11 avqust
.

İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi

Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. Jurnalist: Xoş gördük, cənab Prezident. Əvvəlcə sıx qrafikinizə rəğmən, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür etmək istərdim. İcazənizlə, suallara keçərdik

11 avqust
.

ABŞ-Çin münasibətlərində yeni mərhələ: Dünyanı nə gözləyir? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ ilə Çin arasında münasibətlər son illərdə təkcə iki ölkənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Ticarət müharibələri, texnologiya sahəsində rəqabət, Tayvan ətrafında artan gərginlik və qlobal təsir uğrunda mübarizə Vaşinqton-Pekin xəttini beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib

5 avqust
.

"AZCON Holdinq"ə yeni səlahiyyət verildi

"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonr

6 avqust
.

Ceyhun Bayramov Kiyevdə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb

6 avqust
.

Nikol Paşinyan Azərbaycanı təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Sülh Bəyannaməsinin imzalanmasının və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasının 1-ci ildönümü münasibətilə təbrik mesajı göndərib. . -ın məlumatına görə, mesajda deyilir: . "Əziz xalqım, əziz Ermənistan Respublikasını

8 avqust
.

ABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərin

12 avqust