İlham Əliyev Efiopiyanın milli bayramı münasibətilə Abiy Əhməd Əlini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Efiopiyanın Baş naziri Abiy Əhməd Əliyə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
"Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində Sizinlə məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar ikitərəfli gündəliyimizin əhatə dairəsinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır.
Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Efiopiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 477 Tarix: 28 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra
14 oktyabrAzərbaycan Prezidenti: "Laos bizim üçün dost ölkədir"
"Laos bizim üçün dost ölkədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı xatırladıb ki, 30 ildən çoxdur davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir
13 oktyabrBakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı, həmçinin bildirib
13 oktyabrSergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir
14 oktyabrİlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin
14 oktyabr