Mütəxəssislər ən faydalı paxlalı bitkini açıqladı

Mütəxəssislər ən faydalı paxlalı bitkini açıqladıSağlam qidalanmanın vacib komponentlərindən hesab edilən paxlalı bitkilər arasında lobya və mərcimək xüsusi yer tutur. Mütəxəssislər bildirirlər ki, hər iki məhsul yüksək qida dəyərinə malik olsa da, onların tərkibi və orqanizmə təsiri baxımından müəyyən fərqlər mövcuddur.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, lhər iki məhsul zülal, lif və mürəkkəb karbohidratlarla zəngindir.

100 qram bişmiş lobyada təxminən 117-119 kalori, 7 qrama qədər zülal və 7 qram lif mövcuddur. Mütəxəssislər qeyd edirlər ki, lobya zülal, dəmir, fol turşusu və antioksidantlarla zəngin olmaqla yanaşı, uzun müddət toxluq hissi yaradır və həzm sisteminin fəaliyyətini dəstəkləyir.

Araşdırmalar göstərir ki, lobyanın müntəzəm istehlakı ürək sağlamlığının qorunmasına, qidalanma keyfiyyətinin yüksəlməsinə və qanda şəkərin səviyyəsinin tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Mərcimək isə zülal və lif baxımından bir qədər üstün hesab olunur. Belə ki, 100 qram məhsulda təxminən 114 kalori, 9 qram zülal və 8 qram lif var. Bundan əlavə, mərciməyin tərkibində dəmir və fol turşusunun miqdarı daha çoxdur.

Mütəxəssislərin sözlərinə görə, mərciməyin qlisemik indeksi aşağı olduğundan o, qanda şəkərin kəskin yüksəlməsinə səbəb olmur və enerji səviyyəsinin daha stabil qalmasına kömək edir.

Qidalanma üzrə ekspertlər bildirirlər ki, hər iki məhsul sağlamlıq üçün faydalıdır və onlardan birini digərindən qəti şəkildə üstün hesab etmək düzgün deyil. Mərcimək daha asan həzm olunduğuna görə həssas mədə-bağırsaq sistemi olan insanlar üçün uyğun sayılır. Lobya isə maqnezium və kalium kimi minerallarla zəngin olduğu üçün ürək-damar sisteminin fəaliyyətinə və enerji mübadiləsinə dəstək verir.

Bununla yanaşı, hər iki məhsul bəzi insanlarda köp və qaz yaranmasına səbəb ola bilər. Mütəxəssislər bu narahatlığın qarşısını almaq üçün paxlalıların əvvəlcədən suda isladılmasını və rasiona tədricən daxil edilməsini tövsiyə edirlər.

Dietoloqların qənaətinə görə, lobya və mərcimək faydalılıq baxımından bir-birinə çox yaxındır. Buna görə də seçim edərkən əsas meyar məhsulun orqanizm tərəfindən necə qəbul edilməsi və gündəlik qidalanmada istifadəsinin rahatlığı olmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 791   Tarix: 02 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021