"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi çox mühüm bir tarixi sənədddir.Bu Bəyannamə imzalanandan sonra baş verən hadisələr arasında xüsusi tarixi əhəmiyyət kəsb edən və Vətən müharibəsindəki möhtəşəm zəfərimizin davamı və xalqımıza böyük qürur gətirən şanlı səhifə kimi tariximizə əbədi yazılan 2023-cü ilin 19-20 sentyabrda keçirilmiş antiterror əməliyyatı nəticəsində süverenliyimizn təmin olunması, təkcə 30 il işğal altında olan torpaqlarımızn azad edilməsi və dirçəlişini deyil, həm də bu Zəfər sayəsində Azərbaycanın regionda yaratdığı yeni situasiya Cənubi Qafqazin sülh və sabitlik mərhələsinə keçmək, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir" , - bunları Sonxeber.az -a danışan deputat Əli Məsimli deyib:

"Bu kontekstdə ŞUŞA Bəyannaməsi Böyük Zəfərin təntənəsidir.Böyük sərvətimiz olan süverenliyimizin təmin olunması isə daha böyük hədəflərə nail olmağımıza geniş yol açdı.Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması uğrunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib, diqtə olunan köhnə qaydalar da artıq işləmir.

Bu kontekstdə Şuşa Bəyannaməsinin ən mühüm özəlliyi onun təhlükəsizlik aspektidir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bu, çox ciddi bir tarixi nailiyyətdir.Bu, bir daha göstərir ki,Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir.Bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar yaratmağa başlayıb,regionumuzda dayanıqlı sülh,əminamanlıq, təhlükəsizlik və dayanıqlı inkişafı təmin edən güclü amilə, düşmənlərimizə münasibətdə isə çəkindirici gücə çevrilib.
Şuşa Bəyannaməsi Azərbaycanın milli təhlükəsizlik,müstəqilliyimizə real məzmun verilmsinin dərinləşdirilməsi baxımından əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqaz bölgəsi daxil regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.Bu baxımda Şuşa Bəyannaməsində öz əksini tapan məsələlərin reallaşdırılması təkcə Qarabağın deyil,ümumilikdə regionun abı-havasını və mənzərəsini yaxşıya doğru əhəmiyyətli dərəcədə dəyişməyə yönəlib ki,bu da yaşadışımız regionun bütün xalqlarının əmin-amanlığı və rifahı üçün çox vacibdir.
Şuşa Bəyannaməsinin çox taleyüklü, həm regional,həm də qlobal proseslərə təsir etmə gücündə olan hərbi əməkdaşlıq aspekti təbii olaraq daha çox şərh edilsə də, bu sənəd strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini-siyasi münasibətlər,ticari-iqtisadi əlaqələr, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, təhsil, mədəniyyət, idman, gənclər siyasəti və sair məqamları əhatə edir. Bununla yanaşı Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilib.Zaman keçdikcə Azərbaycanın Qarabağ zəfərinin Azərbaycanla yanaşı,elə Ermənistanın özünə,Cənubi Qafqaza və dünyaya gətirdiyi faydalar daha yaxşı anlaşılaşılır. Bu baxımdan Şuşa Bəyannəməsi həm də üç Cənubi Qafqaz, eləcə də region ölkələrinin iqtisadi inkişafına da müsbət təsir edən tarixi bir sənəddir. Eyni zamanda xüsusi qeyd etmək yerinə düşər ki, gələcəklə bağlı addımlar atarkən, bu Bənannamədə təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin ifadə olunduğunu, illər keçdikcə,daha aydın şəkildə görürük.

İkinci Qarabağ müharibsində Azərbaycanın haqq-ədaləti bərpa etməsi ilə həm də uzun zaman kəsiyindən sonra Türkiyə çox möhtəşəm bir şəkildə Cənubi Qafqazın siyasət və hərb səhnələrində öz layiqlı yerini tutmağa başlayıb. Belə bir gerçəklik şəraitində Azərbaycan Qarabağı yeni həyata qaytarmaqla yanaşı, həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni davranış tərzi, yeni həyat,yeni perspektivlər təqdim edib. Bu kontekstdə Şuşa Bəyannaməsinin əsas qayəsi də elə ondan ibarətdir ki,Azərbaycan və Türkiyə dostluq,qardaşlıq və işbirliyini daha yüksək zirvələrə daşımaqla həm özləri, həm də region ölkələri üçün yeni əməkdaşlıq modeli, yeni mühit yaradır və yaxşı gələcəyi olan perspektivlər təklif edirlər.
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındaki strateji əməkdaşlığı ən yüksək səviyyəyə qaldırırmaqla yanaşı, həm də keyfiyyətcə daha yüksək işbirliyinin güclü təminatıdır.Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq getdikcə genişlənməkdədir.Belə bir genişmiqyası əməkdaşlıq,eləcə də dünyada gedən proseslər, yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi qlobal nəqliyyat şaxələndirilməsinin aktualalığını artdığı bir zamanda,Rusiya-Ukrayna,eləcə də İsrail,ABŞ-İran müharibəsi,loqistika sahəsində yaranan yeni problemlər Şuşa Bəyannaməsində xüsusi qeyd edilən və böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinin aktuallığını gündən günə daha da artırır.Zəngəzur dəhlizi,regionumuzda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və inkişafı,həm də Orta dəhlizin inkişafının təşviqi kimi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi,malların,insanların,sərmayələrin hərəkətində yeni bir ortaq iqtisadi dəhlizdən faydalanma işini də sürətləndirəcəkdir.Orta dəhliz eyni zamanda Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticari-iqtisadi əlaqələrdən faydalanması üçün yeni imkanlar yaratmaq baxımından TransXəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Zəngəzur Dəhlizi layihənin gerçəkləşməsi Orta dəhlizin sərfəliliyini, rəqabət qabiliyyətini və faydalı iş əmsalının xeyli artıracaq.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından keçən beş il ərzində iki qardaş ölkə arasındaki strateji əməkdaşlıq daha da dərinləşib və genişlənib.Bu özünü ticari-iqtiadi əlaqələrin müsbət dinamikasında, onun türk dünyasına təsirinin multiplikativ effektlərində daha əyani göstərir.Şuşa Bəyannaməsinin altında Azərbaycan və Türkiyə prezidentlərinin imzası olsa da,onun beynəlxalq konteksdə genişmiqyaslı xarakterə malik olması, həm də ona dəlalaət edir ki, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirir.Bəyannamədə öz əksini tapan məqamların xeyli hissəsi iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə etməyə başlayıb. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə tərəfindən imzalanıb, iki qardaş ölkənin siyasi iradəsinin,strateji əlaqələrinin, məqsəd, mənafe,gələcəyə ortaq baxış və bu yöndəki hərəkət birliyini ifadə edən yol xəritəsini müəyyənləşdirməklə yanaşı, həm də Türk dünyasında inteqrasiya proseslərini sürətləndirən, regional əməkdaşlığı dərinləşdirən və yeni iqtisadi platformaların formalaşmasına təkan verən bir strateji yol xəritəsidir. Beş il əvvəl imzalanan tarixi Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası,eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə, eləcə də yeni dünya düzəninə mühüm töhfədir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 423   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Slovakiya Prezidentinin səfəri başa çatdı - Fotolar

Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri iyulun 15-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Slovakiya Prezidenti Peter Pelleqrinin

15 iyul
.

Azərbaycan Avropanın etibarlı enerji təchizatçısana çevrilir

Rəsmi dövlət səfərləri dövlətlərarası münasibətlər sistemini daha da möhkəmləndirir. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra dünyanın əksər dövlətləri Azərbaycanı rəsmən tanıdı, ikitərəfli əlaqələr yarandı. İkinci Qarabağ müharibəsindən sonra bu əlaqələr daha etibarlı səviyyədə möhkəmləndi

22 iyul
.

"Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir" - AÇIQLAMA

"İyulun 20-21-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu ölkəyə rəsmi səfəri baş tutub. Bu da Avropada, o cümlədən qitənin iqtisadi cəhətdən ən çox inkişaf edən lövləti olan Almaniyada Azərbaycana olan dərin etimad, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəy

22 iyul
.

"Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir" - AÇIQLAMA

"Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb", - bunları -a açıqlama verən tari

22 iyul
.

"Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin Avropa miqyasında konkret nəticələr verməsinin bariz nümunəsidir"

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması təkcə iqtisadi əməkdaşlıq mexanizmi deyil, həm də iki ölkə arasında strateji tərəfdaşlığın institusional çərçivəyə salınmasıdır. Bu addım Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfərinin ən mühüm nəticələrindən biri kimi ölkəmizin Avrop

22 iyul
.

Prezident "Kraudfandinq haqqında" Qanunu TƏSDİQLƏDİ

Prezident İlham Əliyev "Kraudfandinq haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. bununla bağlı -a istinadən xəbər verir. Bildirilib ki, bu Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyini

24 iyul
.

"Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığı inkişafdadır"

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə yüksəldiyini nümayiş etdirir. Səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirilən görüşlər, eləcə də "Azərbaycan Respublikası və Almaniy

22 iyul
.

Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır

Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçib, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb. Keçən il apreli

17 iyul
.

"Güclü media yalnız xəbərin daşıyıcısı deyil..." - Tural İsmayılov

"22 İyul - Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının zəngin ənənələrinin, peşəkar jurnalistikanın və cəmiyyət qarşısında daşıdığı böyük məsuliyyətin təcəssümüdür. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gü

22 iyul