Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanın daxili və xarici siyasət kursunu dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Kim Çen In iki ölkə arasında son illərdə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkərək, Şimali Koreya ilə Rusiya arasındakı əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əmin olduğunu bildirib.
Şimali Koreya lideri həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin qarşılıqlı maraqlar əsasında genişləndirilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, son dövrlərdə Moskva ilə Pxenyan arasında siyasi, hərbi və iqtisadi sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1094 Tarix: 12 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər
Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər
13 oktyabrAzərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər
Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr
13 oktyabrAzərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
13 oktyabrAzərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr
Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü
13 oktyabr