"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil. Onlar uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, ordu quruculuğu sahəsində aparılan sistemli islahatların və xalqımızın vətənpərvərlik ruhunun nəticəsidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, müstəqillik dövründə Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri güclü milli ordunun yaradılması olmuşdur:

"Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal edilməsi ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsini həyati zərurətə çevirmişdi. Lakin 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran ordu quruculuğu prosesinə ciddi maneələr yaradırdı.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahədə əsaslı dönüş baş verdi. Ordu quruculuğu dövlət siyasətinin mühüm istiqaməti elan edildi, vahid komandanlıq sistemi formalaşdırıldı və nizami ordu yaradıldı. Məhz həmin dövrdə qoyulan möhkəm təməl sonrakı illərdə əldə edilən bütün uğurların əsasını təşkil etdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun inkişafı yeni mərhələyə qədəm qoydu. Dövlət başçısının diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələr ən müasir texnika və silahlarla təchiz olundu, şəxsi heyətin sosial müdafiəsi gücləndirildi, hərbi təhsil sistemi müasirləşdirildi.
Bu gün Azərbaycan Ordusunun inkişafında xüsusi yer tutan istiqamətlərdən biri hərbi sənaye kompleksinin yaradılmasıdır. Azərbaycanın öz hərbi məhsullarını istehsal etməsi ölkənin müdafiə müstəqilliyini əhəmiyyətli dərəcədə artırmışdır. Müxtəlif növ pilotsuz uçuş aparatları, döyüş sursatları, rabitə vasitələri və digər hərbi texnikaların istehsalı müdafiə qabiliyyətimizin gücləndirilməsinə mühüm töhfə verir.
Azərbaycanın beynəlxalq hərbi əməkdaşlıq siyasəti də uğurla davam etdirilir. Türkiyə ilə strateji müttəfiqlik münasibətləri, NATO ilə əməkdaşlıq proqramları, Pakistan, İsrail və digər tərəfdaş ölkələrlə hərbi əlaqələr Ordumuzun peşəkarlığının artırılmasına və müasir döyüş təcrübəsinin mənimsənilməsinə xidmət edir.
Xüsusilə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı son illərdə yeni mərhələyə yüksəlmişdir. Şuşa Bəyannaməsinin imzalanması hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirmişdir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər hərbi idarəetmənin və döyüş hazırlığının keyfiyyətini yüksəltmişdir.
44 günlük Vətən müharibəsi Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar nəticəsində Azərbaycan Ordusu dünya hərb tarixində yeni taktiki yanaşmalar nümayiş etdirdi. Müasir texnologiyaların və yüksək peşəkarlığın vəhdəti nəticəsində işğal altındakı torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu".

Deputat onu da vurğuladı ki, vətən müharibəsində əldə edilən Qələbə Azərbaycan Ordusunun yalnız texniki üstünlüyünü deyil, həm də yüksək mənəvi-psixoloji hazırlığını nümayiş etdirdi:

"Döyüşlər zamanı bir nəfər belə fərarinin olmaması Azərbaycan əsgərinin Vətənə sədaqətinin və milli ruhunun göstəricisidir.
Müharibədən sonra ordu quruculuğu prosesi daha da sürətləndirildi. Komando briqadalarının yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, yeni hərbi hissələrin istifadəyə verilməsi və müasir hərbi təlimlərin keçirilməsi Ordunun döyüş qabiliyyətini daha da gücləndirdi.
2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması hərbi təhsil sistemində mühüm islahat oldu. Universitet çərçivəsində fəaliyyət göstərən institutlar və kolleclər gələcəyin peşəkar zabitlərinin hazırlanmasına xidmət edir. Müasir müharibələrin tələblərinə uyğun kadr hazırlığı, xarici dillərin tədrisi və beynəlxalq təcrübənin öyrənilməsi hərbi təhsilin əsas istiqamətlərindən biridir.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bu əməliyyatlar göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni qısa müddətdə və yüksək dəqiqliklə yerinə yetirmək qabiliyyətinə malikdir.
Bu gün ölkəmizdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, qazilərin sosial müdafiəsi və hərbi qulluqçuların rifahının yüksəldilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Hərbçilərin mənzil təminatı, əməkhaqlarının artırılması və sosial təminat proqramları Ordunun inkişafına əlavə stimul verir.
Azərbaycan Ordusu artıq yalnız hərbi güc deyil, həm də milli həmrəyliyin, dövlətçiliyin və müstəqilliyin simvoludur. Xalqımızın qəhrəman oğullarının qanı bahasına qazanılmış Qələbə gələcək nəsillər üçün böyük qürur mənbəyidir.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə hər bir Azərbaycan vətəndaşı qalib Ordumuzun şanlı tarixi ilə fəxr edir. Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı, xalqımızın qürur mənbəyi və müstəqilliyimizin sarsılmaz dayağıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bundan sonra da Azərbaycanın milli maraqlarının və ərazi bütövlüyünün keşiyində qətiyyətlə dayanacaqdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 319   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvanda son illərdəki uğurları qeyd edərək iqtisadi, sosial sahələrdə görülən işlərə, bölgənin gələcə

12 avqust
.

Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğ

6 avqust
.

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XIN) Kot-d'İvuar hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, müvafiq təbrik Azərbaycan XIN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb. "Müstəqillik Günü münasibətilə Kot-d'İvuar Respublikasını

7 avqust
.

İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

12 avqust
.

Pezeşkian istefa versə, İranda nə dəyişəcək?

İran rəhbərliyində yaşanan daxili gərginlik və Prezident Məsud Pezeşkianın olası istefası ətrafında gəzən şayiələr regional siyasətdə yeni suallar doğurur. Tehrandakı bu siyasi silkələnmənin həm ölkə daxilindəki güc nisbətinə, həm də Cənubi Qafqazdakı processeslərə təsiri diqqətlə izlənilir. Xüsusil

4 avqust
.

Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi əsasda təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəs

7 avqust
.

Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək

Bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliy

12 avqust
.

Litvanın Baş naziri İlham Əliyevə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qaynarinfo xəbər verir ki, telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib

10 avqust
.

İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təşəkkür edib. xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı "X" hesabında paylaşım edib. Paylaşımda deyilir:. "Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə sizə təşəkkü

10 avqust