Meksika cəngəlliklərində qədim şəhər aşkarlandı - FOTO

Meksika cəngəlliklərində qədim şəhər aşkarlandı - FOTOMeksika cəngəlliklərində arxeoloqlar tərəfindən Mayya sivilizasiyasına aid, indiyədək heç bir müdaxiləyə məruz qalmamış qədim şəhər aşkar edilib. Tərcümədə "Yol yoxdur" mənasını verən "Minanbe" adlı bu şəhər bizim eranın VII-X əsrlərinə aid edilir və təxminən 15 hektar ərazini əhatə edir.

Oxu.Az "Spiegel" nəşrinə istinadən xəbər verir ki, tarixi kompleks Kampeçe ştatındakı Kalakmul biosfer qoruğunda tapılıb. Bu barədə məlumat yayıb.

Beynəlxalq tədqiqatçılar qrupu qazıntı sahəsinə çatmaq üçün cəngəlliklərin içərisindən çətinliklə yol açmalı olublar. Nəticədə mütəxəssislər 13 metrlik piramida, saraylar, meydanlar, su kanalları və üzərində başın kəsilməsi səhnəsi təsvir edilmiş daş lövhə aşkarlayıblar. Qalıqların tədqiqi zamanı müasir lazer texnologiyalarından istifadə olunub.

Meksikanın mədəniyyət naziri Klaudiya Kuriel de İkasa bildirib ki, tapılan abidələr və mətnlər alimlərə bu qədim sivilizasiyanın son əsrləri haqqında yeni məlumatlar verir. Ekspedisiya rəhbəri isə ərazinin çox çətin keçidli olması səbəbindən bu yerə rəmzi olaraq "Minanbe" adını verdiklərini bildirib. Arxeoloqlar yaşayış məskəninin tamamilə toxunulmaz və qarət edilməmiş qalmasının onlar üçün böyük sürpriz olduğunu vurğulayıblar.

Qeyd edək ki, bu, son bir həftə ərzində edilən ikinci belə kəşfdir. Baxmayaraq ki, hər iki obyekt ölkənin şərqində, bir-birindən təxminən 1000 kilometr məsafədə yerləşir. Verakrus ştatında aşkar edilən ikinci kompleks dairəvi daşlardan və monolitdən ibarətdir və daha erkən dövrə - III-VII əsrlərə aiddir. Həmin qazıntıları aparan arxeoloqların sözlərinə görə, bu, qeyri-adi tikilidir və hələlik onun digər Mayya şəhərləri ilə əlaqəsinə dair heç bir sübut yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 664   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər

Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə

4 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır

Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan

3 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr