Dörd ölkənin ərazisində yerləşir: dünyanın ən uzun gölü hansıdır?
Yer üzünün ən zəngin ekosistemlərindən birinə sahib olan Tanqanika gölü dünyanın ən uzun şirin su gölü hesab olunur. Lakin bu göl təkcə uzunluğu ilə deyil, digər rekordları ilə də diqqət çəkir
Lent.az xəbər verir ki, Tanqanika gölü şirin su gölləri arasında Baykal gölündən sonra ikinci ən qədim (təxminən 9-13 milyon il), ikinci ən dərin və ikinci ən böyük həcmə malik göldür.
Şərqi Afrikada yerləşən gölün hövzəsində təxminən 10 milyon insan yaşayır. Tanqanika dünyanın ən uzun gölü kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
Gölün eni 16-72 kilometr arasında dəyişir və o, Zambiya, Tanzaniya, Konqo Demokratik Respublikası və Burundi olmaqla dörd ölkənin ərazisindən keçir.
Orta dərinliyi 570 metr olan Tanqanika gölünün bəzi hissələrində dərinlik 1436 metrə çatır. Bu göstərici ilə o, Afrikanın ən dərin, dünyanın isə Rusiyadakı Baykal gölündən sonra ikinci ən dərin gölü sayılır.
Gölün dibi dəniz səviyyəsindən 662 metr aşağıda yerləşir. Buna görə də Tanqanika kriptodepressiya adlanan coğrafi xüsusiyyətə malikdir. Bu termin səthi dəniz səviyyəsindən yuxarıda, dibi isə dəniz səviyyəsindən aşağıda yerləşən hövzələri ifadə edir.
Minlərlə canlı növünə ev sahibliyi edir
Tanqanika gölü təkcə ölçüləri ilə deyil, həm də zəngin biomüxtəlifliyi ilə seçilir. Burada 2000-dən çox canlı növü yaşayır və onların təxminən 500-ü yalnız bu göldə rast gəlinən endemik növlərdir.
Göldə timsahlar, begemotlar, müxtəlif quş növləri və çoxlu balıq növləri yaşayır. Xüsusilə burada 250-dən az olmayaraq parlaq rəngli sixlid balıq növü mövcuddur.
Bu səbəbdən Tanqanika gölü dalğıc və şnorkellə üzmə həvəskarları üçün dünyanın ən cəlbedici məkanlarından biri hesab edilir. Eyni zamanda göl ətrafında yaşayan insanlar üçün əsas qida, xüsusilə də zülal mənbələrindən biridir.
Avropalılar gölü XIX əsrdə kəşf edib
Tanqanika gölü avropalılar tərəfindən ilk dəfə 1858-ci ilin fevralında kəşf olunub. İngilis səyyahları Riçard Berton və Con Spik Nil çayını araşdırarkən bu bölgəyə gəlib çıxıblar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 677 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı
Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno
8 sentyabr 2021Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR
Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə
8 sentyabr 2021Körpəm məni nə zaman eşitməyə başlayır?
Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki
17 sentyabr 2021Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ
Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv
9 sentyabr 2021