Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı
Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur.
"British Journal of Sports Medicine" jurnalında dərc olunan araşdırmada 19 mindən çox yetkinin məlumatları təhlil edilib. Tədqiqat çərçivəsində iştirakçılar iki həftə ərzində hər 30, 60 və ya 120 dəqiqədən bir qısa hərəkət fasilələri verərək müxtəlif rejimləri sınaqdan keçiriblər.
Nəticələr göstərib ki, bütün fasilə rejimləri yorğunluğun azalmasına, əhval-ruhiyyənin yaxşılaşmasına və mənfi emosiyaların zəifləməsinə kömək edib. Ən balanslı nəticə isə hər 60 dəqiqədən bir beş dəqiqəlik fasilə verən iştirakçılarda müşahidə olunub.
Araşdırmaya görə, hər 30 dəqiqədən bir fasilə daha güclü müsbət təsir göstərsə də, gündəlik iş rejimində ona əməl etmək daha çətin olub. Bununla yanaşı, qısa fasilələrin iş məhsuldarlığını azaltdığı barədə narahatlıqlar da öz təsdiqini tapmayıb.
Tədqiqat müəllifləri bildirirlər ki, yüksək gəlirli ölkələrdə insanlar gün ərzində orta hesabla 11-12 saat oturaq həyat tərzi keçirirlər. Bu səbəbdən gün ərzində edilən kiçik fiziki hərəkətlər belə sağlamlığa mühüm müsbət təsir göstərə və gələcək fiziki fəaliyyət tövsiyələrinin formalaşdırılmasına töhfə verə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər
Yayılmış irihüceyrəli ağciyər xərçəngindən əziyyət çəkən xəstələr müalicəyə başlamazdan əvvəl şişdəki geniş spektrli genetik dəyişiklikləri aşkar etməyə imkan verən kompleks genom testindən keçdikdə daha uzun yaşayırlar. xəbər verir ki, bu qənaətə "Journal of the National Comprehensive Cancer Network"
15 noyabrCOVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir
COVID-19 virusundan sonra yaranan qoxu hissinin itməsi uzun illər davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin beş il ərzində apardıqları tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxduqdan sonra bu problemlə üzləşən xəstələrin təxminən 55 faizində beş il keçməsinə baxmayaraq
18 noyabr"Koronavirus bitməyib, qrip mutasiya edir" - Xəbərdarlıq
Payız-qış mövsümündə respirator infeksiyaların artması artıq öyrəşdiyimiz situasiyadır. Ailədə, iş kollektivində və ya ətrafımızda bir neçə nəfərin eyni zamanda xəstələnməsini tez-tez müşahidə edirik. Bəs virusların yayılmasını sürətləndirən əsas səbəblər nədir? İnsanlar niyə eyni vaxtda xəstələnirlər
21 noyabrSəhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10 noyabrDiyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
"Çörək təkbaşına rasionu zərərli etmir. Əsas məsələ onun hansı miqdarda və nə ilə birlikdə yeyilməsidir". xəbər verir ki, bunu -ya rusiyalı diyetoloq və nutrisioloq Sofya Kovanova deyib. Mütəxəssisin sözlərinə görə, çörək seçimi zamanı həlledici amillər məhsulun tərkibi, lifin miqdarı, porsiyanı
22 noyabr