Cənubi Koreya millisinin məşqçisi ölüm təhdidləri üzündən üzünü gizlətdi

Cənubi Koreya millisinin məşqçisi ölüm təhdidləri üzündən üzünü gizlətdi2026-cı il Dünya çempionatında uğursuz çıxış edən Cənubi Koreya milli komandasının vətənə qayıdışı böyük qalmaqalla müşayiət olunub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, azarkeşlərin qəzəbi səbəbindən hüquq-mühafizə orqanları komandanın təhlükəsizliyi üçün tədbirlər görüb.

İnçon hava limanına Dünya çempionatından qayıdan futbolçuları qorumaq məqsədilə 160 polis əməkdaşı cəlb edilib. Gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb azarkeşlərin komandanın baş məşqçisi Hon Myonq-bo ünvanına səsləndirdiyi ölüm hədələri olub.

Vəziyyət o həddə çatıb ki, bəzi media orqanları məşqçinin təhlükəsizliyi naminə onun üzünü görüntülərdə bulanıq göstərməyə başlayıb. Baş məşqçi isə Cənubi Koreya millisinin Meksika, Cənubi Afrika Respublikası və Çexiya ilə eyni qrupda yalnız üçüncü yeri tutaraq turnirlə erkən vidalaşmasından sonra istefa verdiyini açıqlayıb.

Qalmaqal sosial şəbəkələrdə yayılan bir paylaşımın ardından daha da böyüyüb. Özünü ABŞ vətəndaşı kimi təqdim edən istifadəçi məşqçini komanda hava limanına enən kimi öldürəcəyini yazıb.

Bundan sonra Cənubi Koreya polisi dərhal cinayət işi başladıb və həmin şəxsin axtarışına çıxıb. Hüquq-mühafizə orqanları hava limanına 25 xüsusi təyinatlı göndərməklə kifayətlənməyib, həm də məşqçinin yaxın günlərdə olacağı bütün məkanlarda gücləndirilmiş mühafizə təşkil edib.

Polis bildirib ki, futbol meydanındakı uğursuzluğun real həyatda faciəyə çevrilməsinə imkan verilməyəcək və təhdidlər səsləndirən şəxslərə qarşı ən sərt tədbirlər görüləcək.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 346   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Südün sağlamlığa faydaları saymaqla bitmir, lakin mütəxəssislər istehlak vaxtı ilə bağlı çox ciddi xəbərdarlıq ediblər. Navarra Universitetinin mütəxəssislərinin apardığı araşdırmaya görə, südün içildiyi saat bəzən mədə turşusunu alt-üst edərək həzm sistemini az qala iflic edir. xəbər verir ki, südü

29 avqust
.

İçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq

Evdə hazırlanan qatığın qısa müddətdə turşuması həm dadına, həm də istifadə müddətinə təsir edə bilər. Mayalama zamanı südün içinə bir ədəd noxud əlavə etmək qatığın bərk olmasına və turş dadın daha gec yaranmasına kömək edir. xəbər verir ki, metodun tətbiqi olduqca asandır. Süd qaynadıldıqdan sonr

29 avqust
.

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill

30 avqust
.

Bahalı kremlərə ehtiyac yoxdur - Gözaltı qaralardan qurtulmağın sadə yolu

Gözaltı qaralmaları yorğun və solğun görünüşə səbəb ola bilər. Lakin bu problemin qarşısını almaq üçün mütləq bahalı kosmetik məhsullardan istifadə etmək lazım deyil. Evdə tətbiq edilə bilən sadə üsullardan biri 10 dəqiqə ərzində gözaltı nahiyəsinə soyuq kompres tətbiq etməkdir. xəbər verir ki, soyu

29 avqust
.

Həkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı

Tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətlərindən birini açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Rossiya 1" telekanalında danışıb. Həkim vurğulayıb ki, yaşlı qadınlar dəmir çatışmazlığı anemiyasına diqqət yetirməlidirlər

30 avqust
.

"Dünya dağılsa" da, onlar ac qalmayacaq: Araşdırma NƏTİCƏLƏRİ

Qlobal pandemiya, regional münaqişələr və əsas ticarət yollarının bağlanması göstərdi ki, qida idxalı dünyanın heç bir ölkəsi üçün qida təhlükəsizliyini tam təmin edə bilməz. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:. Qida təhlükəsizliyi probleminə görə, bu gün ölkələr gələcəkd

30 avqust
.

Vəhşi təbiətin ən gözəl - Fotoları

2026-cı ilin ən təsirli vəhşi təbiət fotoları Londondakı Təbiət Tarixi Muzeyinin təşkil etdiyi "İlin Vəhşi Təbiət Fotoqrafı" müsabiqəsində nümayiş etdirilib. "Qafqazinfo" xəbər verir ki, müxtəlif ölkələrdən fotoqrafların çəkdiyi kadrlar heyvanların həm təbiətdəki həyatını, həm d

27 avqust
.

Plastik tullantılardan peçenye hazırladılar

ABŞ-də Cənubi İllinoys Universitetinin (SIU) alimləri plastik və kənd təsərrüfatı tullantılarını qida məhsullarına çevirməyə imkan verən yeni sistem hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, Amerika Kimya Cəmiyyətinin təşkil etdiyi simpoziumda təqdim olunan araşdırmanın nəticəsi olan "µBites"

26 avqust
.

Görənlər tanımır, tam 272 kilo arıqladı

381 kiloqramdan 11 kiloqrama: Casey Kingin inanılmaz dəyişimi. "Family by the Ton" proqramı ilə tanınan Casey King 7 il davam edən arıqlama prosesindən sonra böyük dəyişimi ilə diqqət çəkib. Bir vaxtlar təxminən 381 kiloqram çəkisi olan King çoxsaylı əməliyyatlar və illərlə davam edən mübarizəni

27 avqust