Uşaqlara sərt qadağalar qoymayın - Psixoloqdan XƏBƏRDARLIQ
Müasir dövrdə valideynlərin ən çox üzləşdiyi problemlərdən biri yeniyetmələrin telefon və sosial şəbəkələrdən həddindən artıq istifadə etməsidir. Lakin mütəxəssislər hesab edirlər ki, texnologiyalara tam qadağa qoymaq uşağın psixoloji inkişafına oyunların özündən daha çox zərər verə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 12 min yeniyetmənin iştirak etdiyi araşdırmaya görə, sosial şəbəkələrdən tamamilə məhrum edilən uşaqlarda narahatlıq səviyyəsi digər yaşıdları ilə müqayisədə 27 faiz daha yüksək olub.
Mütəxəssislərin fikrincə, sərt qadağalar uşaqları problemi gizlətməyə və valideynlərdən yalan danışmağa sövq edir. Belə uşaqlar internetə çıxış üçün müxtəlif yollar tapmağa çalışır və nəticədə valideyn-övlad arasında etibar zəifləyir.
Uşaqlara hansı qadağalar qoyulmamalıdır?
Mütəxəssislər hesab edir ki, ilk növbədə uşağın qəzəbini ifadə etməsinə mane olmaq düzgün deyil. Psixoloq Qordon Nyufeld "Övladlarınızı itirməyin" kitabında yazır ki, uşağın qəzəblənməsinə icazə verilmədikdə, o, zamanla təhlükəni düzgün qiymətləndirmək qabiliyyətini itirə və zorakılığın qurbanına çevrilə bilər.
Digər təhlükəli qadağa isə səhv etməyə imkan verməməkdir. Daim aşağı qiymət almaqdan qorxan şagird yeni şeylər sınamaqdan çəkinir və inkişaf əvəzinə yalnız riskdən qaçmağa çalışır.
Mütəxəssislər bildirirlər ki, uşağın hər anını əyləncə ilə doldurmaq da düzgün yanaşma deyil. Onların sözlərinə görə, məhz darıxmaq və sakit qalmaq yaradıcılığın və fantaziyanın formalaşmasına kömək edir.
Uşaq psixiatrı Erin Leonardın sözlərinə görə, qadağan olunan hər şey yeniyetmə üçün daha cəlbedici görünür.
Qışqırmadan nəticə verən tərbiyə üsulları
Psixoloqlar valideynlərə "seçim içində seçim" metodundan istifadə etməyi tövsiyə edirlər. Məsələn, "Dərs oxuyacaqsan?" əvəzinə "Əvvəl riyaziyyatdan başlayacaqsan, yoxsa ana dilindən?" sualını vermək uşağın diqqətini qərar verməyə yönəldir.
Araşdırmalar göstərir ki, valideynlərin qışqırması uşağın beynində fiziki ağrı zamanı aktivləşən nahiyələri hərəkətə gətirir. Əksinə, sakit və alçaq səslə danışmaq uşağın diqqətini daha çox cəlb edir.
Mütəxəssislər həmçinin "bir dəqiqə qaydası"nı tövsiyə edirlər. Valideyn istəyini bildirdikdən sonra uşağa təxminən 60 saniyə düşünmək və reaksiyasını formalaşdırmaq üçün vaxt verməlidir. Davamlı tələsdirmək isə əks nəticə verə bilər.
Tərif nəticəyə deyil, səyə görə olmalıdır
Psixoloq Kerol Dvekin araşdırmasına əsasən, zəhmətinə görə təriflənən uşaqlar daha çətin tapşırıqları yerinə yetirməyə daha çox həvəs göstərirlər. Buna görə mütəxəssislər nəticədən çox göstərilən səyin qiymətləndirilməsini tövsiyə edirlər.
Onların fikrincə, yaxşı qiymət müqabilində pul və ya bahalı hədiyyələr vəd etmək də uzunmüddətli motivasiya yaratmır. Belə halda uşaq öyrənməyi bilik qazanmaq üçün deyil, mükafat almaq üçün etməyə başlayır.
Yeniyetməlik dövrünün yeni reallığı
Mütəxəssislər bildirirlər ki, müasir yeniyetmələrin beyni qısa videolar və sosial şəbəkələrin yaratdığı daimi informasiya axını səbəbindən əvvəlki nəsillərlə müqayisədə fərqli şəraitdə formalaşır. Bu səbəbdən gündəlik həyat onlara daha az maraqlı görünə bilər.
Klinik psixoloq Madlen Levin "İmtiyazın qiyməti" kitabında qeyd edir ki, bugünkü yeniyetmələrdə nəyisə qaçırmaq qorxusu əvvəlki nəsillərlə müqayisədə xeyli yüksəkdir.
Ekspertlər hesab edirlər ki, müasir təhsil sistemində əsas məqsəd uşaqlara faktları əzbərlətmək deyil, məlumatı analiz etməyi və düzgün qiymətləndirməyi öyrətmək olmalıdır.
Onların sözlərinə görə, yeniyetmələrin diqqəti uzun müddət cəmləməsi fizioloji baxımdan çətindir. Buna görə 25 dəqiqəlik dərs və 5 dəqiqəlik fasilədən ibarət iş rejimi daha səmərəli hesab olunur.
Mütəxəssislər valideynlərə övladları üzərində nəzarəti artırmaq əvəzinə, onlarla açıq dialoq qurmağı tövsiyə edirlər.
Onların fikrincə, "Bu gün neçə qiymət almısan?" sualı əvəzinə "Bu gün səni ən çox nə təəccübləndirdi?" sualını vermək münasibətlərin möhkəmlənməsinə və qarşılıqlı etimadın artmasına kömək edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu