Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanmışdı. Həmçinin bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştan, may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kaya Kallas ökəmizdə rəsmi səfərdə olublar. Bu da öz növbəsində Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələdə olduğunun göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək və geniştərkibdə görüşlərdən sonra ətbuata açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal, dinamik dialoqun olduğunu qeyd edib. Ölkə başçısı Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Hazırda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı öz çıxışında vurğulayıb ki, ticarətin 70 faizdən artığı məhz Azərbaycanın payına düşür.
İstər əvvəlki, istərsə də indiki səfəri zamanı Avropa Komissiyasının sədri Azərbaycanı Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi xarakterizə etmişdir. "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır. Avropa İttifaqı ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. Hazırda Azərbaycan Avropa İttifaqına üzv olan ondan çox ölkəyə təbii qaz ixrac edir. Bununla yanaşı, Azərbaycan Avropanın bir çox ölkələri ilə yalnız enerji sahəsində deyil, həmçinin nəqliyyat-logistika, yaşıl enerji, müdafiə sənayesi, ticarət və iqtisadiyyat istiqamətlərində də uğurlu əməkdaşlıq həyata keçirir.
Bu baxımdan, Ursula fon der Lyayenin Azərbaycana növbəti səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu səfər onu göstərir ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunu strateji əhəmiyyətə malik məkan kimi qiymətləndirir, region ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə siyasi dialoqu davam etdirmək niyyətindədir.
Birgə mətbuat konfransında çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilk növbədə, əlbəttə ki, bu regionda baş verən məsələ - cərəyan edən proses sülh prosesi olduğunu bildirib və tarixi sülh sazişinin parafladığına görə Prezident İlham Əliyevi təbrik edib. "Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır", - deyə o qeyd edib.
Ursula Fon der Lyayen deyib ki, biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq və bu gün də, hər gün bu istiqamətdə çalışmalıyıq. "Biz bağlantı vasitəsilə sülhü təşviq etmək istərdik", - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.
Görüşdə gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında ticarətin genişləndirilməsinə toxunulub. Bildirilib ki, Avropa İttifaqı artıq Azərbaycanın ən böyük sərmayəçisi və ticarət tərəfdaşıdır. Bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılması qərara alınıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında mühüm məqamlara toxunub. Bildirib ki, AŞ "Qlobal Qapılar" Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağdır. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər.
Hesab edirəm ki, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Tərəflər arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək"
Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu