Süni intellekt fizikanın "əbədi" problemlərindən birini həll etməyə kömək edib
Nobel mükafatçısı Corcio Parizi məhdud məkanda hissəciklərin qablaşdırılması və onların qarşılıqlı əlaqəsi ilə bağlı klassik fizika məsələsinin sadə həll yolunu tapmaq üçün böyük dil modelindən uğurla istifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın Beynəlxalq Qabaqcıl Tədqiqatlar Məktəbinin (SISSA) mətbuat xidməti məlumat yayıb.
"Əvvəlcə həll yolu tapmağa çalışmırdıq, sadəcə süni intellektdən 10 ildən çox əvvəl apardığımız hesablamaların doğruluğunu yoxlamağı xahiş etdik. Neyron şəbəkəsi hesablamaları təkrarlaya bildi. Bu, bizi keçmişdə aşkar etdiyimiz və qablaşdırılmış hissəciklərin davranışını izah edən qanunauyğunluq üçün süni intellektdən sübut istəməyə sövq etdi", - deyə Romanın Sapientsa Universitetinin dosenti Françesko Zamponi bildirib.
F.Zamponinin izahına görə, təbiətdəki bir çox hadisə və materiallar qapalı məkanda xaotik şəkildə yerləşən, yalnız ən yaxın qonşuları ilə əlaqədə olan sıx qablaşdırılmış sferik hissəciklər toplusu kimi təsvir edilə bilər. Beyindəki neyronlar, iqlim prosesləri, həmçinin dəqiq strukturu olmayan maqnit, yarımmaye və dənəvər materiallar məhz bu cür fəaliyyət göstərir.
Müəyyən şərtlər altında bu materialların daxilində hissəciklər arasında elə bir qarşılıqlı təsir formalaşır ki, onların sərbəst hərəkəti dayanır. Bu, materialın xüsusiyyətlərini kəskin şəkildə dəyişdirərək onu maye kimi deyil, bərk cisim kimi davranmağa məcbur edən bir növ "tıxac" yaradır. Bu fenomeni izah etmək üçün hələ 2014-cü ildə Zamponi və Parizi həmin tıxacın formalaşmasını təsvir edən riyazi düsturlar toplusu hazırlamışdılar.
Alimlərin sözlərinə görə, neyron şəbəkəsi gözlənilməz dərəcədə sadə olan doğru həlli demək olar ki, dərhal tapıb. Bununla belə, sistem bəzi kiçik səhvlərə də yol verib ki, fiziklər onları dərhal düzəldiblər. Tədqiqatçılar, həmçinin öz düsturlarının üç əsas parametrini 2012-ci ildə "tıxacların" yaranması ilə bağlı alternativ nəzəriyyə irəli sürən fransalı həmkarlarının işi ilə əlaqələndirə biliblər. Nəticədə hər iki nəzəriyyənin eyni fiziki qanunlara əsaslandığı məlum olub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 571 Tarix: 02 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrYataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabr