Qatığın yuxu keyfiyyətinə müsbət təsiri açıqlandı
"Qatığın tərkibindəki probiotiklər, xüsusən də gecələr tez-tez oyanan insanlarda yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər".
Oxu.Az xəbər verir ki, bu barədə ispaniyalı kardioloq Aurelio Roxas "20minutos" nəşrinə verdiyi müsahibədə bildirib.
Həkimin sözlərinə görə, qatıq bağırsaq mikrobiotasının balansını qoruyan canlı mikroorqanizmlərlə zəngindir. O qeyd edib ki, bu, mədə-bağırsaq traktı ilə mərkəzi sinir sistemi arasında ikitərəfli əlaqə yaradan və yuxu da daxil olmaqla müxtəlif prosesləri tənzimləyən "bağırsaq-beyin" oxuna müsbət təsir göstərir.
Mütəxəssis gözlənilən effekti artırmaq üçün qatığı qırmızı giləmeyvə, kivi və ya alma ilə birlikdə qəbul etməyi məsləhət görür. Həkim vurğulayıb ki, süd məhsulunun tərkibindəki zülal və yağlar meyvələrdən alınan karbohidratların mənimsənilməsini yavaşladır, bu da gecə saatlarında qanda qlükoza səviyyəsinin kəskin dəyişməsinin qarşısını alır.
Bununla yanaşı, kardioloq axşam saatlarında banan, üzüm, manqo və ya ananas kimi şəkərlə zəngin meyvələrdən uzaq durmağı tövsiyə edir: "Tərkibindəki yüksək şəkər miqdarına görə bu meyvələr əvvəlcə yuxululuq yaratsa da, sonradan yuxunun bölünməsinə və gecə oyanmalarına səbəb ola bilər".
A.Roxas sonda xatırladıb ki, bu cür qida kombinasiyaları yalnız yüngül yuxu pozuntularına müsbət təsir göstərə bilər və həkim tərəfindən təyin olunan dərman müalicəsini əvəz etmir. Bağırsaq mikrobiotasının yuxuya təsiri fəal şəkildə araşdırılsa da, qatığın yuxusuzluğun müalicəsindəki effektivliyi hələ də genişmiqyaslı elmi tədqiqatlarla tam təsdiqlənməlidir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 182 Tarix: 02 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021Zooloqlar inəklərə görün nə öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl
15 sentyabr 2021Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR
Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə
8 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021Acun niyə həmişə qara kofta geyinir?
"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab
15 sentyabr 2021Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ
Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv
9 sentyabr 2021"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"
8 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021