İlham Əliyevdən Trampa məktub

İlham Əliyevdən Trampa məktubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

Sonxeber.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Əlamətdar tarix - Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu"nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.

Hörmətli cənab Prezident,

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 572   Tarix: 04 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

İlham Əliyevin Laos prezidenti ilə təkbətək görüşü olub - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verib

13 oktyabr
.

Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər

Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər

13 oktyabr
.

Azərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər

Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr

13 oktyabr
.

"Azərbaycan və Laos üçün nəqliyyat və logistika da perspektivli istiqamətdir" - millət vəkili Pərvanə Vəliyeva

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub. Ötən üç onillik ərzində iki ölkə arasında qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan dostluq münasibətləri formalaşıb. Son dövrdə yüksək səviyyəli siyasi təmasların intensivləşməsi isə Azərbaycan-Lao

14 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə verəcəkdir

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

13 oktyabr
.

Azərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr

Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü

13 oktyabr
.

Prezident: "İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir"

"Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir". xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı"

14 oktyabr