"WhatsApp"dan YENİLİK: Sizə yazmaq istəyən əvvəlcə BUNU ETMƏLİ OLACAQA
"WhatsApp"ın istifadəçi adı (username) funksiyası platformada məxfilik anlayışını daha da gücləndirən yeniliklərdən biri olacaq".
Globalinfo.az xəbər verir ki, artıq istifadəçilər telefon nömrələrini paylaşmadan yalnız istifadəçi adı vasitəsilə əlaqə yarada biləcəklər.
Bu da şəxsi məlumatların qorunması baxımından mühüm addımdır.
Sözügedən sistemi digər sosial platformalardan fərqləndirən əsas məqamlardan biri odur ki, "WhatsApp"da hər kəs üçün açıq istifadəçi adı kataloqu olmayacaq.
Yəni "Instagram" və ya "X" platformalarında olduğu kimi, axtarış bölməsinə təsadüfi adlar yazaraq istifadəçiləri tapmaq mümkün olmayacaq.
Qarşı tərəfin sizinlə əlaqə saxlaması üçün istifadəçi adınızı tam və düzgün şəkildə bilməsi tələb ediləcək.
Bundan əlavə, "WhatsApp" istifadəçilərə əlavə təhlükəsizlik üçün 4 rəqəmli PIN kodundan istifadə imkanı da təqdim edəcək. Bu funksiya aktiv olduqda, hətta istifadəçi adınızı bilən şəxs belə sizə ilk dəfə mesaj göndərmək üçün həmin PIN kodunu daxil etməli olacaq. Bu yanaşma arzuolunmaz müraciətlərin və spam mesajların qarşısının alınmasında mühüm rol oynaya bilər.
Hesab edirəm ki, bu yenilik "WhatsApp"ın digər mesajlaşma platformalarından fərqlənən əsas üstünlüklərindən birinə çevrilə bilər. Çünki burada məqsəd təkcə telefon nömrəsini gizlətmək deyil, eyni zamanda istifadəçinin kimlə əlaqə quracağına daha çox nəzarət etməsini təmin etməkdir.
Ümumilikdə, istifadəçi adı (username) funksiyası məxfilik və təhlükəsizlik baxımından müsbət qiymətləndirilə bilər.
Əgər bu sistem elan olunduğu kimi işləsə, istifadəçilər həm şəxsi nömrələrini qoruyacaq, həm də istənməyən əlaqələrin qarşısını əvvəlki ilə müqayisədə daha effektiv şəkildə ala biləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 834 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrYataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabr