Göyərtilər necə saxlanılır: Keşniş, cəfəri, şüyüd və nanənin saxlanma qaydaları
Mətbəxdə göyərtilərin təzəliyini uzun müddət qorumaq hər kəsin maraqlandığı mövzudur. Cəfəri, keşniş, şüyüd və nanəni ilk günkü kimi təzə saxlamaq üçün doğru üsulları tətbiq etmək, düzgün qablardan istifadə etmək və soyuducuda doğru yeri seçmək kifayətdir.
Milli.Az xəbər verir ki, hər göyərtinin yarpaq quruluşu və nəm tələbatı fərqli olsa da, ortaq cəhətlər bunlardır: artıq nəm uzaqlaşdırılmalı, hava dövriyyəsi tamamilə kəsilməməli və uyğun qablarda saxlanılmalıdır.
Keşniş: Saralmış və ya xarab olmuş yarpaqları təmizləyin. Yuyulubsa, salat qurutucusu və ya təmiz bir mətbəx dəsmalı ilə suyunu yaxşıca qurudun.
İçi kağız dəsmalla örtülmüş bir qaba yerləşdirin. Kağız dəsmal artıq nəmi çəkərək yarpaqların canlı qalmasını təmin edir. Qabın ağzını tamamilə hermetik bağlamamaq (hava almasına imkan vermək) daha yaxşıdır. Kağız dəsmalı vaxtaşırı dəyişmək faydalıdır.
Cəfəri: Təmizlənib qurudulmuş cəfərini kağız dəsmalla birlikdə qaba qoyun.
Digər bir üsul isə şüşə bankadır. Cəfərinin gövdə hissəsi aşağıda qalacaq şəkildə təmiz şüşə bankaya yerləşdirin. Bankaya çox az su qoya bilərsiniz (sapları batacaq qədər).
Uzun müddət saxlamaq istəyirsinizsə, cəfərini xırda doğrayıb dondurucu paketlərinə və ya kiçik qablara hissələrlə qoyaraq dondurucuda saxlayın. Beləcə, hər dəfə lazım olan miqdar qədər istifadə edə bilərsiniz.
Şüyüd nazik yarpaqlı olduğu üçün çox həssasdır, əzilməməsinə çalışın.
Təmizlənib qurudulmuş şüyüdü kağız dəsmal ilə birlikdə qaba qoyun. Qabı çox doldurmayın ki, hava dövriyyəsi rahat olsun.
Şüyüdü də xırda doğrayıb porsiyalara bölərək dondurucuda saxlaya bilərsiniz. Bu üsul, xüsusilə bişirilən yeməklərdə çox praktikdir.
Nanəni saxlayarkən yarpaqların tamamilə quru olmasına diqqət yetirin.
Kağız dəsmal ilə qabda və ya təmiz şüşə bankada saxlaya bilərsiniz.
Nanəni də kiçik porsiyalarla dondurucuda saxlamaq olar. Bu, nanəni ilin istənilən vaxtı tər-təmiz istifadə etməyə imkan verir. Əzilməməsinə xüsusi diqqət yetirin.
Göyərtiləri saxlamaq üçün ən uyğun yer soyuducunun tərəvəz yeşiyidir. Bura nəmlik səviyyəsini daha tarazlı saxlayır.
Göyərtiləri saxlayarkən əsas məqsəd doğru nəm balansını qorumaq, onları təmiz və quru saxlamaqdır. Mütəmadi olaraq göyərtiləri yoxlayın, xarab olmağa başlayan yarpaqları kənarlaşdırın və nəmlənmiş kağız dəsmalları dəyişin. Bu kiçik addımlar göyərtilərin istifadə müddətini xeyli uzadacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu