Niyə zebralara at kimi minmirlər? - Səbəbi açıqlandı

Niyə zebralara at kimi minmirlər? - Səbəbi açıqlandıİlk baxışdan zebra ilə at arasında böyük fərq görünmür. Hər iki heyvanın bədən quruluşu oxşardır və əsas fərq kimi yalnız zebraya məxsus qara-ağ zolaqlar diqqəti cəlb edir. Buna görə də çoxları "niyə insanlar zebralardan atlar kimi istifadə etmirlər?" sualını verir.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, insanlar keçmişdə zebraları da atlar kimi əhliləşdirməyə cəhd ediblər.

Məsələn, Cənubi Afrikada holland kolonistləri zebraları ram etməyə çalışsalar da, bu cəhdlər uğursuz olub. Səbəb isə zebraların olduqca inadkar və idarəolunmaz xarakterə malik olması idi. Onlar tez-tez bağlandıqları yerdən qaçır, insanlara tabe olmaq istəmirdilər.

Alimlər bildirirlər ki, zebra və at milyonlarla il əvvəl eyni əcdaddan ayrılsalar da, sonradan fərqli mühitlərdə təkamül keçiriblər. Təxminən 4-4,5 milyon il əvvəl ayrılan bu iki növ yaşadıqları şəraitə uyğun fərqli xüsusiyyətlər qazanıb.

Mütəxəssislər izah edirlər ki, zebralar şir, gepard və kaftar kimi çoxsaylı yırtıcıların yaşadığı Afrika savannalarında həyatlarını davam etdirmək məcburiyyətində qalıblar. Buna görə də onlar həddindən artıq ayıq, ehtiyatlı və qorxaq olublar. Lakin təhlükə qarşısında çıxış yolu qalmadıqda zebra çox aqressiv davranaraq güclü təpik və dişləmələrlə özünü müdafiə edir.

Məhz bu xüsusiyyətlər zebraların əhliləşdirilməsini çətinləşdirir. Ayrı-ayrı hallarda bəzi zebraların ram edilməsi mümkün olsa da, alimlər bunun ümumi qayda deyil, nadir istisna olduğunu bildirirlər.

Nəzəri baxımdan, uzun illər ərzində ən sakit xasiyyətli zebralar seçilərək süni seçmə yolu ilə daha itaətkar nəsillər yetişdirmək mümkündür. Ancaq mütəxəssislər hesab edirlər ki, bunun praktik faydası çox azdır.

Bunun əsas səbəbi zebraların atlardan kiçik olması və yük daşımaq, qoşqu çəkmək və ya minik heyvanı kimi istifadə baxımından onlardan geri qalmasıdır. Artıq insanlar üçün bu vəzifələri uğurla yerinə yetirən atlar mövcud olduğu üçün zebraları eyni məqsədlə əhliləşdirməyə ehtiyac qalmır.İlk baxışdan zebra ilə at arasında böyük fərq görünmür. Hər iki heyvanın bədən quruluşu oxşardır və əsas fərq kimi yalnız zebraya məxsus qara-ağ zolaqlar diqqəti cəlb edir. Buna görə də çoxları "niyə insanlar zebralardan atlar kimi istifadə etmirlər?" sualını verir.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, insanlar keçmişdə zebraları da atlar kimi əhliləşdirməyə cəhd ediblər.

Məsələn, Cənubi Afrikada holland kolonistləri zebraları ram etməyə çalışsalar da, bu cəhdlər uğursuz olub. Səbəb isə zebraların olduqca inadkar və idarəolunmaz xarakterə malik olması idi. Onlar tez-tez bağlandıqları yerdən qaçır, insanlara tabe olmaq istəmirdilər.

Alimlər bildirirlər ki, zebra və at milyonlarla il əvvəl eyni əcdaddan ayrılsalar da, sonradan fərqli mühitlərdə təkamül keçiriblər. Təxminən 4-4,5 milyon il əvvəl ayrılan bu iki növ yaşadıqları şəraitə uyğun fərqli xüsusiyyətlər qazanıb.

Mütəxəssislər izah edirlər ki, zebralar şir, gepard və kaftar kimi çoxsaylı yırtıcıların yaşadığı Afrika savannalarında həyatlarını davam etdirmək məcburiyyətində qalıblar. Buna görə də onlar həddindən artıq ayıq, ehtiyatlı və qorxaq olublar. Lakin təhlükə qarşısında çıxış yolu qalmadıqda zebra çox aqressiv davranaraq güclü təpik və dişləmələrlə özünü müdafiə edir.

Məhz bu xüsusiyyətlər zebraların əhliləşdirilməsini çətinləşdirir. Ayrı-ayrı hallarda bəzi zebraların ram edilməsi mümkün olsa da, alimlər bunun ümumi qayda deyil, nadir istisna olduğunu bildirirlər.

Nəzəri baxımdan, uzun illər ərzində ən sakit xasiyyətli zebralar seçilərək süni seçmə yolu ilə daha itaətkar nəsillər yetişdirmək mümkündür. Ancaq mütəxəssislər hesab edirlər ki, bunun praktik faydası çox azdır.

Bunun əsas səbəbi zebraların atlardan kiçik olması və yük daşımaq, qoşqu çəkmək və ya minik heyvanı kimi istifadə baxımından onlardan geri qalmasıdır. Artıq insanlar üçün bu vəzifələri uğurla yerinə yetirən atlar mövcud olduğu üçün zebraları eyni məqsədlə əhliləşdirməyə ehtiyac qalmır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1522   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr