Telefonunuza gizli hücum olur? - Bu cür biləcəksiniz
Müasir smartfonlarda şəxsi məlumatların böyük hissəsi saxlanıldığı üçün kibercinayətkarlar istifadəçilərin cihazlarına gizli şəkildə daxil olmağa çalışırlar. Mütəxəssislər smartfonun izlənilməsi və ya məlumatların oğurlanması ehtimalını göstərə biləcək əsas əlamətləri açıqlayıb, eyni zamanda istifadəçilərə təhlükəsizliklə bağlı vacib tövsiyələr veriblər.
Lent.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, diqqət yetirilməli ilk əlamətlərdən biri smartfonun istifadə edilmədiyi halda belə həddindən artıq isinməsidir.
Cihaz gözləmə rejimində olmasına baxmayaraq isti qalırsa, bu, arxa planda işləyən naməlum proqramların və ya şübhəli proseslərin mövcudluğundan xəbər verə bilər.
Digər mühüm əlamət batareyanın əvvəlkindən daha sürətlə boşalmasıdır. Əgər istifadə vərdişləriniz dəyişməyib, lakin telefonun enerjisi qısa müddətdə tükənməyə başlayıbsa, bunun səbəbi arxa planda fasiləsiz işləyən proqramlar ola bilər. Mütəxəssislər smartfonun qəfil yavaşımasına da diqqət yetirməyi tövsiyə edirlər. Proqramların gec açılması, sistemin donması və ya ümumi performansın zəifləməsi cihazın əlavə yüklənməsi ilə əlaqəli ola bilər.
Telefon danışıqları zamanı eşidilən kənar səslər, əks-səda və ya tez-tez yaranan maneələr də diqqətdən kənarda qalmamalıdır. Bu cür problemlər əksər hallarda mobil rabitənin keyfiyyəti ilə bağlı olsa da, bəzi hallarda üçüncü tərəf proqramlarının müdaxiləsinə işarə edə bilər.
Bundan başqa, istifadəçinin özü quraşdırmadığı naməlum tətbiqlərin telefonda görünməsi ciddi xəbərdarlıq siqnalı hesab olunur. Belə hallarda cihazdakı tətbiqlərin siyahısını yoxlamaq, tanımadığınız proqramları silmək və onların hansı icazələrə malik olduğunu nəzərdən keçirmək tövsiyə edilir.
Məlumatların təhlükəsizliyini artırmaq üçün mütəxəssislər açıq Wi-Fi şəbəkələrinə avtomatik qoşulma funksiyasını söndürməyi, tətbiqlərin kamera, mikrofon və digər məlumatlara giriş icazələrini mütəmadi yoxlamağı, əməliyyat sistemini daim yeniləməyi və bütün vacib hesablar üçün iki mərhələli identifikasiya funksiyasını aktivləşdirməyi məsləhət görürlər. Bu sadə addımlar şəxsi məlumatların icazəsiz əldə olunması riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 396 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?
Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill
30 avqustDivandakı pis qoxu və ləkələri aparan vasitə
Mətbəxdə istifadə etdiyimiz qida sodası və qab yuyan vasitə divanın üzərindəki köhnə ləkələri təmizləməyə, xoşagəlməz qoxunu azaltmağa kömək edə bilər. xəbər verir ki, təmizliyə başlamazdan əvvəl seçilən vasitə divanın görünməyən kiçik hissəsində sınaqdan keçirilməlidir. Parçanın rəngi və quruluşu dəyişmirsə
27 avqustBu pişik balası "Ginnesin Rekordlar Kitabı"na düşdü
ABŞ-ın Viskonsin ştatının Kaukauna şəhərində yaşayan Erebus adlı pişik balası pəncələrindəki barmaqların sayına görə dünya rekorduna imza atıb. Onun ümumilikdə 29 barmağı var və rekord rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"nda qeydə alınıb. xarici mediaya istinadla bildirir ki, Erebus 2026-c
27 avqustHülya Avşar köməkçisi ilə görün nə etdi - VİDEO
Türkiyəli sənətçi Hülya Avşar isti havadan qorunmaq üçün evinin bağçasında dincələrkən köməkçisi Şerife ilə əyləncəli anlar yaşayıb. Şlanqla başlayan su savaşı Avşarın sosial media paylaşımına da yansıyıb. xarici mediaya istinadla xəbər verir ki, Hülya Avşar sosial media hesabında bu dəfə evinin bağçasında
27 avqust"Qəhvə yuxusu" nədir və hansı faydaları var? - Həkimdən İZAH
Neyrofizioloq Eduard Estivill adi gündüz yuxusu əvəzinə "qəhvə yuxusu"nu sınaqdan keçirməyi məsləhət görüb. xəbər verir ki, o, "Hola" nəşrinə müsahibəsində "qəhvə yuxusu"nun faydalarından danışıb. Eduard Estivillin sözlərinə görə, "qəhvə yuxusu" yatmazdan dərha
27 avqustYeni evlənən cütlüyə diqqətçəkən məsləhət - VİDEO
YETEV Qəyyumlar Heyətinin sədri Necmeddin Bilal Ərdoğan Ankarada Merve Varlı və M. Zahid Tüfekçinin toy mərasimində iştirak edib və cütlüyün nikah şahidi olub. xarici mediaya istinadla xəbər verir ki, mərasimdə evlilik və ailənin əhəmiyyətindən danışan Bilal Ərdoğan gənc cütlüyün həyatlarının mühüm mərhələsin
28 avqustİngiltərədə "İlin futbolçusu" və "Ən yaxşı 11-lik" seçildi
Peşəkar Futbolçular Assosiasiyası (PFA) İngiltərə Premyer Liqasında "İlin futbolçusu"nu seçib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə assosiasiyanın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş Peşəkar Futbo
26 avqust