2026-cı ildə istirahət üçün Avropanın ən yaxşı adaları (SİYAHI)

2026-cı ildə istirahət üçün Avropanın ən yaxşı adaları (SİYAHI)Əgər Avropa adalarından birində tətil keçirmək istəyirsinizsə, lakin istiqamət seçməkdə çətinlik çəkirsinizsə, "Saga Holidays" şirkətinin yeni araşdırması seçim etməyə kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, turizm şirkətinin mütəxəssisləri Avropanın 80 adasını üç əsas meyar üzrə təhlil ediblər: hava şəraiti (günəşli günlərin sayı, yağıntılar, külək və rahat temperatur), qastronomik istirahət imkanları (adanın sahəsi nəzərə alınmaqla restoran, kafe və barların sayı), eləcə də yaşıllıq zonalarının və təbii ərazilərin miqdarı.

Yekun qiymətləndirmə zamanı ən böyük pay təbiət amilinə verilib - 45 faiz. Hava şəraiti 35 faiz, qastronomiya isə 20 faiz təşkil edib.

Araşdırmanın nəticələrinə əsasən, ən yaxşı onluğa əsasən İspaniya və Xorvatiya adaları daxil olub. Onlar reytinqdəki 10 yerdən 9-nu tutub.

2026-cı ildə istirahət üçün Avropanın ən yaxşı adaları

Reytinqin qalibi Kanar adalarının ən böyüyü olan Tenerif adası olub. Ada mümkün 100 baldan 95 bal toplayıb. "Saga Holidays" qeyd edib ki, Tenerifeyə birinci yeri mənzərəli təbii landşaftlar, keyfiyyətli yerli mətbəx və günəşli günlərin çoxluğu qazandırıb.

İkinci yeri La Palma adası tutub - 94 bal. Bu ada zəngin təbiəti və davamlı inkişaf prinsiplərinə sadiqliyinə görə tez-tez "La Isla Bonita" ("Gözəl ada") adlandırılır və UNESCO-nun biosfer qoruğu statusuna malikdir.

Üçüncü yerdə Portuqaliyanın Madeyra arxipelaqı qərarlaşıb - 93 bal. Burada UNESCO-nun Dünya Təbii İrs Siyahısına daxil edilmiş unikal Laurisilva dəfnə meşəsi yerləşir.

İlk beşliyə həmçinin iki Xorvatiya adası - orta əsr Korçula və aktiv istirahət həvəskarları üçün ideal sayılan mənzərəli Mljet daxil olub.

Avropanın ən yaxşı 10 adası

1. Tenerif (Kanar adaları, İspaniya) - 95/100;
2. La Palma (Kanar adaları, İspaniya) - 94/100;
3. Madeyra (Portuqaliya) - 93/100;
4. Korçula (Xorvatiya) - 92/100;
5. Mljet (Xorvatiya) - 90/100;
6. Mallorka (Balear adaları, İspaniya) - 89/100;
7. Loşin (Xorvatiya) - 88/100;
8. Braç (Xorvatiya) - 87/100;
9. Qran-Kanariya (İspaniya) - 86/100;
10. La Qomera (İspaniya) - 85/100.

Avropada ən yaxşı hava şəraiti haradadır?

Ən yaxşı hava şəraiti kateqoriyasında ilboyu mülayim iqlimi ilə tanınan Kanar adaları lider olub. Birinci yeri yenidən Tenerif adası tutub və 100 baldan 88 bal alıb.

İlk üçlük belə sıralanıb:

* Tenerif - 88/100;
* La Qomera - 86/100;
* Qran-Kanariya - 85/100.

Bundan əlavə, Kanar arxipelaqı əlverişli iqlimi, təbiəti və turizm infrastrukturu sayəsində Avropanın ən yaxşı arxipelaqı seçilib.

Qastronomik turizm üçün ən yaxşı adalar

Səfərin əsas məqsədi mətbəxlə tanışlıqdırsa, ən yaxşı seçim İtaliya adaları hesab olunur.

Lider üçlüyə aşağıdakılar daxil olub:

* Kapri - 75/100;
* Sardiniya - 66/100;
* Santorini (Yunanıstan) - 65/100.

Kapridə turistlərə ənənəvi "Kapreze" salatını, eləcə də pendir, parmezan və mərzə ilə hazırlanan içlikli təzə makaron növü olan yerli kapreze raviolisini dadmaq tövsiyə olunur.

Avropanın ən yaşıllıqla zəngin adaları

Ən çox təbii əraziyə malik adaların reytinqinə Xorvatiya başçılıq edib.

İlk üçlükdə yer alan adalar:

* Mljet (Xorvatiya) - 86/100;
* Madeyra (Portuqaliya) - 85/100;
* Korçula (Xorvatiya) - 83/100.

Qeyd olunur ki, Mljet adası tez-tez "Yaşıl ada" adlandırılır. Dubrovnik və Split kimi məşhur yerlərlə müqayisədə turistlər arasında daha az tanınsa da, ekspertlər onu Xorvatiyanın təbiəti ilə tanış olmaq istəyənlər üçün ideal məkan hesab edirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 638   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr