Beyin şişlərinə qarşı yeni peyvənd xəstələrə ümid verir

Beyin şişlərinə qarşı yeni peyvənd xəstələrə ümid verirAlmaniyada aparılan tədqiqatda beyin şişlərinə qarşı vaksinasiya olunan xəstələrin 66 faizi səkkiz il sonra sağ qalıb. Peyvəndin məqsədi şişin təkrar yaranmasının qarşısını almaqdır.
Beyin şişlərinin müalicəsi çətindir, çünki onların əməliyyatla tam götürülməsi çox nadir hallarda mümkün olur. Xəstələrə əsasən kimyaterapiya və şüa terapiyası tətbiq edilir, lakin aqressiv şişlərdə diaqnozdan sonra sağ qalma müddəti çox vaxt beş ili keçmir.

Qaynarinfo "Deutsche Welle"-ə istinadla xəbər verir ki, Almaniyada aparılan tədqiqatda 33 xəstəyə peyvənd vurulub. Səkkiz ildən sonra tədqiqatçılar uzunmüddətli nəticələri "Nature" jurnalında açıqlayıblar. Nəticələrə görə, iştirakçıların 66 faizi bu müşahidə müddətində sağ qalıb, 42 faizində isə şiş yenidən inkişaf etməyib.

Tədqiqatın aparıcı müəllifi, Mannhaym Universitet Tibb Mərkəzinin nevrologiya şöbəsinin rəhbəri Maykl Platten (Michael Platten) bu qədər xəstədə uzun müddət ərzində şişin təkrar yaranmamasının onu təəccübləndirdiyini bildirib.

Peyvənd xərçəngin qarşısını almasa da, şişlə mübarizə aparır

Peyvəndlər adətən müəyyən xəstəliklərin qarşısını almaq üçün hazırlanır. Bununla belə, müalicəvi peyvəndlər immun sistemini şiş hüceyrələrini məhv etməyə yönəldir. Platten və komandasının hazırladığı peyvənd beyində yüksək dərəcəli astrotsitomalarda rast gəlinən genetik mutasiyanı hədəfləyir. Bu şişlər müalicədən sonra təkrarlanma riski yüksək olan aqressiv xərçəng növüdür.

Peyvənd immun sistemini şiş hüceyrələrinə qarşı hazırlayır

Astrotsitomalar beyin və onurğa beynini əhatə edən mərkəzi sinir sistemində ən çox yayılmış şişlərdəndir. Onların dörd dərəcəsi var və tədqiqatda istifadə olunan peyvənd genetik mutasiyaya malik 3-cü və 4-cü dərəcəli astrotsitomalara yönəlib.

Alman Xərçəng Araşdırmaları Mərkəzinin izahına görə, bu genetik səhv IDH1 fermentində müəyyən amin turşusunun dəyişməsinə səbəb olur. Nəticədə şişin böyüməsini təmin edən neoepitop adlı yeni zülal quruluşu yaranır. Bu quruluş immun sistem tərəfindən yad kimi tanınır və immunoterapiya üçün uyğun hədəf hesab edilir.

Tədqiq edilən peyvənd immun sistemini iki istiqamətdə aktivləşdirir: şiş hüceyrələrinə birbaşa hücum edən T hüceyrələrini və anticisimlər istehsal edən B hüceyrələrini hazırlayır. Məqsəd müalicə tamamlandıqdan, xüsusilə şüa terapiyası və kimyaterapiyadan sonra şişin təkrar yaranmasının qarşısını almaqdır.

Xərçənglə yaşamaq

Bonn Universitet Xəstəxanasının neyroonkologiya şöbəsinin rəhbəri, tədqiqatda iştirak etməyən Ulrix Herrlinger (Ulrich Herrlinger) bu tədqiqatı xəstələr üçün real ümid kimi qiymətləndirib.

Onun sözlərinə görə, yüksək dərəcəli astrotsitomalar demək olar ki, 100 faiz hallarda yenidən inkişaf edir, böyüyür və müalicəsi mümkün olmayan mərhələyə çatır. Tədqiqatçılar bu şişlərin səbəbini bilmirlər və onların hər kəsdə niyə yarandığını müəyyən etmək mümkün deyil.

Bununla belə, Herrlinger Plattenin tədqiqatının immun sisteminin davamlı aktivləşdirilməsi yolu ilə şişin uzunmüddətli nəzarətdə saxlanmasına ümid yaratdığını vurğulayıb.

2027-ci ildə nəzarətli tədqiqat başlayacaq

Herrlinger və Platten tədqiqat nəticələrinin ehtiyatla qiymətləndirilməsinin vacibliyini bildiriblər. Onların sözlərinə görə, 33 xəstənin nəticələri əsasında qəti qənaətə gəlmək mümkün deyil. Növbəti mərhələ nəzarətli və təsadüfi tədqiqatın keçirilməsi olacaq.

Platten əlavə edib ki, 200-dən çox xəstənin iştirak edəcəyi bu tədqiqat 2027-ci ilin martında başlayacaq və etibarlı nəticələrin əldə olunması üçün məlumatların toplanması doqquz il çəkəcək.

Bundan sonra peyvəndin effektivliyi tam müəyyənləşəcək və gücləndirici dozalara ehtiyac olub-olmadığı aydınlaşacaq. Hələlik isə bu tədqiqat ehtiyatlı nikbinlik üçün əsas verir. Platten ümidin heç vaxt itməməli olduğunu qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 700   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

26 sentyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Yüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul

Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər

28 sentyabr
.

Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?

Bir çox insan yerə düşən qidanı məşhur "beş saniyə qaydası"na güvənərək götürüb yeməyə davam edir. Bəs bu qayda həqiqətən işləyirmi? Alimlər bunu eksperiment yolu ilə yoxlamağa qərar veriblər və nəticələr sadəcə "bəli" və ya "xeyr" cavabından daha maraqlı olub. Qaynarinf

29 sentyabr
.

Dayanmadan öskürürsünüz?

Öskürək ilin hər fəslində qarşılaşa biləcəyimiz bəladır. Bəzən bu, uzunmüddətli, bəzən isə qısa ola bilər. Axşam.az xəbər verir ki, insanı ən çox narahat edən isə uzun müddət davam edən öskürəkdir. Onu azaltmaq üçün səbəbə uyğun üsul seçmək vacibdir. Ev şəraitində bunlar faydalı ola bilər:. İlıq su v

26 sentyabr
.

Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı

Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər

28 sentyabr
.

Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama

"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi

4 oktyabr
.

Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar

"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir". xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib. Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:. "Şorbanı

26 sentyabr
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr