Dəniz sahilində açan bu çiçəyi qoparanları yüksək məbləğdə cərimə gözləyir - VİDEO

Dəniz sahilində açan bu çiçəyi qoparanları yüksək məbləğdə cərimə gözləyir - VİDEOTürkiyənin Samsun vilayətinin Atakum sahilində təbii şəkildə bitən və nəsli tükənmək təhlükəsi altında olan endemik qum zanbaqları yenidən çiçəkləyib. Ağ rəngli, ətirli çiçəkləri ilə sahilə xüsusi gözəllik qatan bu nadir bitkilər xüsusi mühafizə altındadır.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) qorunmalı növlər siyahısında yer alan qum zanbaqlarının təbii yaşayış mühitinin qorunması məqsədilə Samsun Böyükşəhər Bələdiyyəsi Atakum sahilinin İncesu ərazisində xəbərdarlıq lövhələri quraşdırıb.

Qanunvericiliyə əsasən, 2026-cı ildən etibarən qum zanbaqlarını qoparan şəxslər 699 min 245 türk lirəsi məbləğində inzibati cərimə ilə üzləşirlər.

Səlahiyyətli qurumlar vətəndaşları bu nadir bitkilərə zərər verməməyə, onların təbii mühitdə qorunmasına və gələcək nəsillərə çatdırılmasına həssas yanaşmağa çağırırlar.

Sahildə istirahət edən bəzi vətəndaşlar belə yüksək məbləğdə cərimənin tətbiq olunduğunu ilk dəfə eşitdiklərini bildirərək, bundan sonra daha diqqətli olacaqlarını deyiblər. Digərləri isə Atakum sahili boyunca bitən qum zanbaqlarının daha effektiv şəkildə mühafizə edilməsinin vacibliyini vurğulayıblar.

Yay aylarında çiçək açan qum zanbaqları həm estetik görünüşü, həm də bioloji müxtəliflik baxımından Atakum sahilinin ən qiymətli təbii sərvətlərindən biri hesab olunur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3389   Tarix: 10 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr