Pomidor alanda tələsməyin - Təzə olub-olmadığını saplağından bilmək mümkündür

Pomidor alanda tələsməyin - Təzə olub-olmadığını saplağından bilmək mümkündürParlaq qırmızı rəngi və cəlbedici görünüşü hər pomidorun dadlı və təzə olduğu anlamına gəlmir. Mütəxəssislər bildirirlər ki, düzgün pomidor seçimi həm yeməyin dadına, həm də məhsulun keyfiyyətinə birbaşa təsir edir. Bazar və ya marketdən alış-veriş edərkən bir neçə sadə məqama diqqət yetirməklə daha təzə və keyfiyyətli pomidor seçmək mümkündür.

Lent.az xəbər verir ki, pomidor seçərkən ən çox edilən səhvlərdən biri yalnız rənginə aldanmaqdır. Təzə pomidorun əsas əlamətlərindən biri yaşıl və təravətli saplağıdır. Saplağı qurumuş, qaralmış və ya tamamilə qopmuş pomidorun uzun müddət saxlanıldığı ehtimal edilir. Bundan əlavə, pomidorun səthində iri çatların, əziklərin və qara ləkələrin olmamasına diqqət yetirmək tövsiyə edilir. Bu cür izlər məhsulun keyfiyyətinin aşağı düşdüyünü göstərə bilər.

Qoxusu çox şey deyir

Keyfiyyətli pomidoru müəyyən etməyin ən etibarlı üsullarından biri onun qoxusudur. Saplaq hissəsinə yaxın yeri iylədikdə təzə pomidora xas olan xoş, təbii və torpaq qoxusu hiss edilməlidir. Əgər pomidorun heç bir qoxusu yoxdursa və ya qeyri-təbii, kimyəvi qoxu gəlirsə, bu, onun vaxtından əvvəl yığıldığını və ya təbii şəkildə yetişmədiyini göstərə bilər.

Çəkisini və bərkliyini yoxlayın

Seçdiyiniz pomidoru əlinizə götürərək çəkisini qiymətləndirin. Ölçüsünə görə ağır hiss edilən pomidorlar adətən daha şirəli və ətli olur. Pomidor nə həddindən artıq sərt, nə də çox yumşaq olmalıdır. Barmaqla yüngül toxunduqda formasını qoruyan, lakin daş kimi bərk olmayan pomidorlar daha yaxşı seçim hesab edilir. Həddindən artıq yüngül pomidorların isə iç hissəsinin boşalmış və ya süngərvari olması ehtimalı yüksəkdir.

Mövsüm məhsullarına üstünlük verin

Mütəxəssislər mövsümündə yetişdirilən pomidorların həm dad, həm də qida dəyəri baxımından daha üstün olduğunu bildirirlər. Xarici görünüşü tam qüsursuz olan məhsullar əvəzinə, təbii ətri olan və xırda forma fərqləri göstərən pomidorları seçmək daha məqsədəuyğun sayılır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 360   Tarix: 12 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021