Övladlarına bu adları qoyanlar SONRADAN PEŞMAN OLURLAR

Övladlarına bu adları qoyanlar SONRADAN PEŞMAN OLURLAR"Ad insanın şəxsiyyətinin formalaşmasına, özünəinamına və cəmiyyət tərəfindən necə qəbul olunmasına müəyyən mənada təsir göstərə bilər".

Bu barədə Demokrat.az-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva deyib.

"Valideynlər düşünməlidirlər ki, uşaq gələcəkdə öz adını eşidəcək, onun mənasını araşdıracaq və həmin adla ömür boyu yaşayacaq. Əgər qoyulan ad gülüş doğurarsa və ya mənfi assosiasiyalar yaradarsa, bu, uşaqda özünəqapanıqlıq, özünəinamın azalması kimi psixoloji problemlərə səbəb ola bilər. Buna görə də ad seçimi təsadüfi deyil, düşünülmüş qərar olmalıdır".

Bu gün ad seçimində xarici seriallar, filmlər və televiziya layihələrinin təsiri açıq şəkildə hiss olunur. Bəzən valideynlər xarici ekran əsərlərində bəyəndikləri obrazların adlarını heç bir araşdırma aparmadan övladlarına verirlər. Halbuki Azərbaycanın zəngin mədəniyyəti, tarixi və milli ad ənənələri var. Özümüzün qəhrəmanlıq və məhəbbət dastanlarımız, tariximiz, milli dəyərlərimiz mövcuddur. İstərdim ki, valideynlər məhz bu irsdən ilham alsınlar. Ad insanlarda müsbət hisslər oyatmalı, sevgi, dostluq, uğur və vətənpərvərlik kimi dəyərləri ifadə etməlidir. Elə adlar var ki, həmin adı daşıyan insana həqiqətən də yaraşır. Məsələn, Ədalət adını daşıyan və həqiqətən ədalətli olan insanlar tanıyıram. Bu, bəzən insanın öz adı ilə bağlı məsuliyyət hissini də gücləndirə bilir. Güc və qüvvə rəmzi olan ad daşıyan uşaq da gələcəkdə həmin məna ilə uyğun davranmağa çalışa bilər. Bu, müəyyən mənada psixoloji amildir.

Əvvəlki dövrlərdə dini mənşəli adlara daha çox üstünlük verilirdi və bunun da öz tarixi səbəbləri vardı. Xüsusilə uzun müddət övlad həsrəti çəkən ailələr inanırdılar ki, müəyyən dini adlar uşağın taleyinə müsbət təsir göstərə bilər. Bu gün isə mən arzu edərdim ki, valideynlər daha çox türk və Azərbaycan mənşəli adlara üstünlük versinlər. Valideynlərə ad seçərkən praktik yanaşma tətbiq etməyi də tövsiyə edirəm. Əgər hansısa filmdəki obrazın adı xoşlarına gəlirsə, həmin adı gələcəkdə ‘dayı’, ‘əmi’, ‘müəllim’, ‘həkim’ kimi müraciətlərlə və soyadla birlikdə səsləndirsinlər. Görsünlər ki, bu ad insanda necə təəssürat yaradır və gələcəkdə həmin şəxsə yaraşacaqmı. Son illər adını dəyişmək istəyən vətəndaşların sayı da az deyil. Dilçilik İnstitutuna adının dəyişdirilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Vaxtilə dəbdə olan iki və ya üç komponentli adlar, məsələn, Böyükxanım, Almaxanım və bu kimi adlar böyüdükdən sonra bir çox insan tərəfindən bəyənilmir.

"Buna görə də gənc ailələr övladlarına ad seçərkən bu məsələnin gələcək nəticələrini nəzərə almalı və məsuliyyətli qərar verməlidirlər", - deyə Sevinc Əliyeva fikrini tamamlayıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyindən verilən məlumatda cari ilin ilk 6 ayı ərzində 1213 nəfərin ad, soyad və ya ata adını dəyişdirdiyi bildirilib. Əlavə edilib ki, Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım, Samovar kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 438   Tarix: 12 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021