Şəkəri tam kəsmək risklidir - Yeni araşdırmadan diqqətçəkən nəticələr

Şəkəri tam kəsmək risklidir - Yeni araşdırmadan diqqətçəkən nəticələrSon illər sağlam qidalanma ilə bağlı ən çox səslənən tövsiyələrdən biri şəkərdən tamamilə imtina etmək olub. Lakin yeni elmi araşdırma göstərir ki, həddindən artıq məhdudlaşdırıcı qidalanma rejimi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, qidalanma üzrə mütəxəssis Dilara Koçak bu barədə "Milliyet" qəzetində dərc olunan məqaləsində maraqlı məqamlara toxunub.

Məlumata görə, Endokrinologiya Cəmiyyətinin ENDO 2026 Konqresində təqdim olunan eksperimental tədqiqatda iki fərqli qidalanma modeli 16 həftə ərzində müqayisə edilib. Hər iki qrup eyni miqdarda yağ qəbul etsə də, bir qrupun rasionunda süfrə şəkəri (saxaroza) tamamilə çıxarılıb, digər qrup isə müəyyən miqdarda şəkər qəbul edib.

Araşdırmanın nəticələri göstərib ki, şəkərsiz qidalanan qrupda qan şəkərinin tənzimlənməsi çətinləşib, insulin müqaviməti artıb, bağırsaq mikrobiotasının balansı pozulub, həmçinin bağırsaq və qaraciyərdə iltihab göstəriciləri yüksəlib. Maraqlıdır ki, bu dəyişikliklər iştirakçıların bədən çəkisi oxşar qalmasına baxmayaraq müşahidə olunub.

Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr şəkər istehlakını artırmaq anlamına gəlmir. Əsas mesaj ondan ibarətdir ki, sağlam qidalanma yalnız bir qida komponentini tamamilə rasiondan çıxarmaqla təmin edilmir. Orqanizmin sağlamlığı qidaların ümumi balansından və onların bir-biri ilə qarşılıqlı təsirindən asılıdır.

Məqalədə qeyd olunur ki, bağırsaq mikrobiotası immun sisteminin fəaliyyəti, maddələr mübadiləsi, iştaha nəzarəti və qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır. Həddindən artıq sərt pəhrizlər isə bu həssas ekosistemin balansını poza bilər.

Mütəxəssislər sağlam qidalanma üçün liflə zəngin tam taxıllar, paxlalılar, tərəvəz və meyvələrə üstünlük verməyi, keyfiyyətli zülal və sağlam yağ mənbələrini rasiona daxil etməyi tövsiyə edirlər. Fermentləşdirilmiş süd məhsulları - kefir və yoqurt da bağırsaq mikrobiotasının dəstəklənməsində faydalı hesab olunur.

Bundan əlavə, yay aylarında istehlak edilən soyuq qəhvə və digər içkilərdəki əlavə şəkərə diqqət yetirmək tövsiyə olunur. Mütəxəssislər şərbət, krem və müxtəlif əlavələrsiz içkilərə üstünlük verməyi, şirin istəyi yarandıqda isə içkiyə şəkər əlavə etmək əvəzinə kiçik porsiya desert seçməyi məsləhət görürlər.

Yay mövsümünün meyvələri - üzüm, ərik, albalı, şaftalı, qovun, qarpız, vişnə, moruq və gavalı həm dadlı, həm də faydalı seçim hesab olunur. Onların kefir, yoqurt və ya bir ovuc çərəzlə birlikdə istehlakı daha balanslı ara yemək formalaşdırmağa kömək edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 697   Tarix: 12 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

26 sentyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Yüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul

Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər

28 sentyabr
.

Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?

Bir çox insan yerə düşən qidanı məşhur "beş saniyə qaydası"na güvənərək götürüb yeməyə davam edir. Bəs bu qayda həqiqətən işləyirmi? Alimlər bunu eksperiment yolu ilə yoxlamağa qərar veriblər və nəticələr sadəcə "bəli" və ya "xeyr" cavabından daha maraqlı olub. Qaynarinf

29 sentyabr
.

Dayanmadan öskürürsünüz?

Öskürək ilin hər fəslində qarşılaşa biləcəyimiz bəladır. Bəzən bu, uzunmüddətli, bəzən isə qısa ola bilər. Axşam.az xəbər verir ki, insanı ən çox narahat edən isə uzun müddət davam edən öskürəkdir. Onu azaltmaq üçün səbəbə uyğun üsul seçmək vacibdir. Ev şəraitində bunlar faydalı ola bilər:. İlıq su v

26 sentyabr
.

Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı

Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər

28 sentyabr
.

Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama

"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi

4 oktyabr
.

Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar

"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir". xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib. Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:. "Şorbanı

26 sentyabr
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr