Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin

Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edinGündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmadan mina qatını zədələyən və diş ətlərini zərər görməsinə səbəb olan səhvlərə yol verir. Yanlış fırçalama texnikası, uyğun olmayan vaxt seçimi və gigiyena qaydalarına laqeyd yanaşmaq sonradan stomatoloqa tez-tez müraciət etməyə səbəb ola bilər.

Lent.az xəbər verir ki, ən çox edilən səhvlərdən biri qəhvə və ya səhər yeməyindən dərhal sonra dişləri fırçalamaqdır. Qidaların tərkibindəki turşular diş minasını müvəqqəti olaraq yumşaldır. Bu zaman dişləri güclü şəkildə fırçalamaq mina qatının aşınmasına səbəb ola bilər. Stomatoloqlar dişləri ya səhər yeməyindən əvvəl, ya da yeməkdən ən azı 30 dəqiqə sonra fırçalamağı tövsiyə edirlər.

Diş pastasından sonra ağzı su ilə yaxalamaq olmaz

Bir çox insan dişlərini fırçaladıqdan sonra ağzını bol su ilə yaxalayır. Halbuki bu zaman diş pastasının tərkibindəki flüor da yuyulub gedir. Flüorun diş səthində qalması diş minasını möhkəmləndirir və bakteriyalara qarşı qoruyucu təsir göstərir.

Doğru qayda belədir: artıq köpüyü tüpürün, lakin ən azı 15 dəqiqə ərzində ağzınızı su ilə yaxalamayın və heç nə yeməyin, içməyin.

Güclü təzyiq dişlərə zərər verir

Bəzi insanlar düşünür ki, dişləri nə qədər sərt və sürətlə fırçalasaq, bir o qədər yaxşı təmizlənəcək. Əslində isə bu üsul diş ətlərinin geri çəkilməsinə və dişlərin həssas hissələrinin açılmasına səbəb olur. Fırçanı diş səthinə təxminən 45 dərəcə bucaq altında tutmaq, kökdən kənara doğru yumşaq hərəkətlərlə və ya kiçik dairəvi hərəkətlərlə dişləri təmizləmək daha düzgündür.

Diş ipindən istifadə etməyi unutmayın

Adi diş fırçası diş səthinin təxminən 60 faizini təmizləyə bilir. Dişlərin arasındakı nahiyələrə çatmaq mümkün olmadığından hər gün diş ipindən (flosdan) istifadə etmək vacibdir. Dişlərin fırçalanması ən azı iki dəqiqə davam etməlidir. Prosedurun sonunda isə bakteriyaların ən çox toplandığı yerlərdən biri olan dili də mütləq təmizləmək lazımdır.

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

Hətta ən keyfiyyətli diş fırçasının tükləri də zamanla köhnəlir və bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir. Mütəxəssislər diş fırçasını və ya elektrikli diş fırçasının başlığını hər üç aydan bir dəyişməyi tövsiyə edirlər. Bundan əlavə, soyuqdəymə, qrip və ya angina keçirdikdən sonra da diş fırçasını yenisi ilə əvəz etmək lazımdır.

Tüpürcəyin rolu da çox vacibdir

Həkimlər tüpürcəyin ağız boşluğunun təbii müdafiə mexanizmi olduğunu xatırladırlar. Tüpürcək qida qalıqlarını təmizləyir və dişlərə zərər verən turşuları neytrallaşdırır. Ağız boşluğunun qurumaması üçün gün ərzində kifayət qədər təmiz su içmək və şirin qidaları tez-tez qəbul etməmək tövsiyə olunur.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 480   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021