NYT: ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir
ABŞ xüsusi xidmət orqanları hesab edir ki, İranın yeni ali rəhbəri ayətullah Müctəba Xamenei nüvə silahının yaradılmasına atasına nisbətən əhəmiyyətli dərəcədə daha çox maraq göstərir.
"Report" xəbər verir ki, bu barədə kəşfiyyatın qiymətləndirmələri ilə tanış olan ABŞ rəsmilərinə istinadən "The New York Times" (NYT) məlumat yayıb.
Nəşrin məlumatına görə, müharibənin əvvəlində ABŞ kəşfiyyatının yardımı ilə İsrailin endirdiyi zərbə nəticəsində həlak olan Müctəba Xameneinin atası heç vaxt açıq şəkildə İranı nüvə silahı yaratmağa çağırmayıb. Lakin mənbələrin iddia etdiyinə görə, hazırkı ali rəhbər və hakimiyyətə gəlmiş daha mühafizəkar hökumət müvafiq ambisiyalara malikdir.
Qəzet qeyd edib ki, ABŞ kəşfiyyatı həmçinin belə bir qənaətə gəlib ki, İran uranın zənginləşdirilməsi üçün nəzərdə tutulan sentrifuqaların bir hissəsini ötən ilin iyununda ABŞ-nin zərbələrinə məruz qalmış obyektlərdən ölkənin mərkəzi hissəsində yerləşən Pikaks dağındakı yeni, yaxşı möhkəmləndirilmiş yeraltı kompleksə köçürüb. Mənbələrin məlumatına görə, mümkün quru əməliyyatının qarşısını almaq üçün obyektin ərazisi quru qoşunları tərəfindən əlavə mühafizə olunur.
ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, bu hərəkətlər Tehranın uranın zənginləşdirilməsi imkanlarını qoruyub saxlamaq niyyətindən xəbər verir. Mənbələr həmçinin iddia ediblər ki, potensial nüvə proqramının əsas komponentləri, o cümlədən yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları toxunulmaz olaraq qalır və İran hakimiyyəti üçün əlçatandır.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 416 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb
Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb. "Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsind
18 iyulBoğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA
Yay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdə
5 avqustAzərbaycana Çindən turist axını iyunda 76 % artıb
Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada
24 iyul 202510-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?
ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli
1 noyabrTürkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı
Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı
18 aprelSEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib
Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. "Report"un məlumatına görə, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. "Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidin
30 may