Beyini təhdid edən böyük təhlükə: 2050-ci ilədək 139 milyona çata bilər
Ümumdünya Səhiyyə Təşkilatınin (ÜST) məlumatına görə, hazırda dünyada 55 milyondan çox insan demansiyadan əziyyət çəkir. Əhalinin yaşlanması ilə əlaqədar bu göstəricinin 2050-ci ilədək 139 milyona yüksələcəyi proqnozlaşdırılır.
Qaynarinfo xəbər verir ki, demansiya yalnız unutqanlıqla məhdudlaşmır. Bu klinik sindrom yaddaş, diqqət, nitq, qərarvermə və gündəlik fəaliyyət qabiliyyətini zəiflədərək insanların müstəqil həyat sürmək imkanlarını məhdudlaşdırır. Xəstəlik həm pasiyentlərin, həm də onlara qulluq edən şəxslərin həyat keyfiyyətinə ciddi təsir göstərir.
Demansiyanın ən geniş yayılmış forması Altseymer xəstəliyidir. Yaşın artması, genetik meyillilik və ailə anamnezi dəyişdirilə bilməyən risk faktorları hesab olunsa da, həyat tərzi ilə bağlı amillər də xəstəliyin inkişafında mühüm rol oynayır.
Nevroloq Fikri Halaçoğlu bildirib ki, yay aylarında iki əsas amil demansiya riskini artırır:
* orqanizmin susuz qalması;
* arterial təzyiqin dəyişkənliyi.
Onun sözlərinə görə, susuzluq hissini gözləmədən kifayət qədər su qəbul etmək və yüksək arterial təzyiqdən əziyyət çəkən şəxslərin qan təzyiqini mütəmadi olaraq nəzarətdə saxlaması böyük əhəmiyyət daşıyır.
Mütəxəssis vurğulayıb ki, dəyişdirilə bilən risk amillərinə nəzarət etməklə demansiya hallarının təxminən 40 faizinin qarşısını almaq və ya xəstəliyin inkişafını gecikdirmək mümkündür.
Susuz qalmaq
Həkimin sözlərinə görə, xüsusilə yaşlı insanlarda tez-tez və ya ağır dərəcəli susuzlaşma demansiya üçün mühüm risk yaradır.
Orqanizmin susuz qalması sidik yolları infeksiyaları, elektrolit pozğunluqları, yuxunun parçalanması və arterial təzyiqin dəyişməsi vasitəsilə idrak fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu vəziyyət birbaşa demansiyaya səbəb olmasa da, mövcud idrak zəifliyini üzə çıxara, deliriumu sürətləndirə və beyin damarlarının sağlamlığını zəiflədərək gələcəkdə həm damar mənşəli demansiyanın, həm də Alsteymer xəstəliyinin inkişaf riskini artıra bilər.
Mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:
* saat 11:00-16:00 aralığında mümkün qədər birbaşa günəş şüaları altında qalmamaq;
* susuzluq hissini gözləmədən müntəzəm su içmək;
* sidiyin tünd rəng alması, yüksək hərarət və qəfil çaşqınlıq hallarında dərhal tibb müəssisəsinə müraciət etmək.
Yüksək arterial təzyiq
Yay aylarında həddindən artıq istilər, maye çatışmazlığı və arterial təzyiq əleyhinə dərmanların nizamsız qəbulu qan təzyiqində dəyişikliklərə səbəb ola bilər.
Nəzarətsiz hipertoniya beyində kiçik damarların zədələnməsi, infarkt və sinir əlaqələrinin pozulması riskini artıraraq həm damar mənşəli demansiyanın, həm də Altseymer xəstəliyinin inkişafına şərait yarada bilər.
Tövsiyələr:
* arterial təzyiqi müntəzəm ölçmək;
* həkim nəzarətini davam etdirmək;
* dərmanları vaxtında qəbul etmək;
* duz qəbulunu azaltmaq;
* sağlam qidalanmaq və normal bədən çəkisini qorumaq.
Digər risk faktorları
Mütəxəssislər demansiya riskini artıran digər amillər kimi aşağıdakıları göstərirlər:
* şəkərli diabet və metabolik sindrom;
* qeyri-sağlam qidalanma;
* fiziki hərəkətsizlik;
* siqaret və alkoqol istifadəsi;
* eşitmə və görmə qabiliyyətinin zəifləməsi;
* yuxu pozğunluqları.
Beyin sağlamlığının qorunması üçün Aralıq dənizi tipli qidalanma, müntəzəm fiziki aktivlik, siqaret və alkoqoldan imtina, normal yuxu rejiminin qorunması, həmçinin eşitmə və görmə problemlərinin vaxtında müalicəsi tövsiyə olunur. Həkimlər qeyd edirlər ki, sağlam həyat tərzi demansiya riskini əhəmiyyətli dərəcədə azalda və xəstəliyin inkişafını ləngidə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
"Sevgi təkbaşına kifayət etmir"
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı