Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaratdı - DEPUTAT
2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan-ABŞ münasibətləri və Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində əldə olunan razılaşmaların və verilən siyasi mesajların bir il sonra regiondakı proseslərə təsiri də xüsusi diqqət çəkir.
Bəs, həmin səfər iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçidinə və Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərib, bu gün regionun siyasi mənzərəsində səfərin hansı əsas nəticələri özünü göstərir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş üçtərəfli görüşü sözün əsl mənasında tarixi hadisə kimi qiymətləndirmək olar və bunu şərtləndirən ən azı üç səbəb var.
"Birincisi, 8 avqust görüşündə müzakirə olunan məsələlər və imzalanan Bəyanat Azərbaycan və Ermənistan arasında qarşılıqlı konfrontasiyadan əməkdaşlığa keçidi təmin edəcək münasibətlərin tənzimlənməsi prosesini başlatdı. Əslində, müharibə 2020-ci il 9 noyabr Bəyanatı ilə başa çatmışdı. Lakin ötən beş il ərzində münasibətlərin normallaşması istiqamətində hər hansı pozitiv addım müşahidə olunmurdu. Əksinə, Qarabağ bölgəsində vaxtaşırı təxribatlar törədilir, lokal xarakterli hərbi toqquşmalar baş verirdi. Bölgədə gərginliyin azalması deyil, artması müşahidə olunurdu ki, bu da yenidən daha böyük münaqişənin alovlanmasına yol aça bilərdi. Prezident Trampın vasitəçiliyi ilə Ağ Evdə keçirilmiş görüş bu təhlükəyə son qoydu. Fakt ondan ibarətdir ki, 2025-ci il 8 avqust tarixindən sonra heç bir tərəfdən bir güllə də açılmayıb. Bu da de-fakto sülhün mövcudluğuna və münasibətlərin tənzimlənməsi istiqamətində zəruri addımların atılması üçün etibarlı zəmin yaratdı".
Deputat bildirib ki, digər tərəfdən, 8 avqust Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaradıb:
"Hələ 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq olunan haqsız embarqo Azərbaycan-ABŞ münasibətlərinin inkişafında böyük əngəl olaraq qalırdı. ABŞ-ın mənafeyi üçün lazım olanda sanksiya dondurulur, Azərbaycanın dəstəyinə ehtiyac aradan qalxan kimi isə yenidən qüvvəyə minirdi. Bayden administrasiyası dövründə bunun real təcrübəsini yaşadıq. 8 avqust görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla apardığı müzakirələr iki ölkə arasında strateji əməkdaşlıq xartiyasının hazırlanması haqqında qərarın qəbul olunmasına gətirib çıxardı. Daha sonra ABŞ vitse-prezidenti Ceyms Vensin ölkəmizə səfəri çərçivəsində bu sənədin imzalanması doğrudan da inanılmaz bir uğur oldu. Sanksiyalardan strateji əməkdaşlığa belə bir keçid dövlətlərarası münasibətlərdə unikal hadisədir. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü mahir və cəsarətli siyasətin nəticəsi kimi Azərbaycan xalqının və dövlətinin böyük uğurudur".
Onun sözlərinə görə, Ağ Evdə baş tutmuş 8 avqust görüşü və imzalanmış sənədlər Cənubi Qafqazın əsrlər boyu davam etmiş asılılıq sindromunu qırdı:
"Bölgə qarşılıqlı əməkdaşlıq üçün bütün dünyaya açıldı. Xüsusilə TRİPP nəqliyyat dəhlizinin yaradılması ilə bağlı əldə olunmuş razılaşmalar həm Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması və əməkdaşlığın genişlənməsi, həm də bütöv Avrasiya miqyasında Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində tranzit-nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaratdı. Bu nöqteyi-nəzərdən 8 avqust Vaşinqton görüşünü qlobal əhəmiyyətli hadisə kimi də qiymətləndirmək olar".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu