Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
Yutub məzmun yaradıcılarının reklam və premium abunə gəlirlərindən pay əldə etməsi üçün tələb olunan baxış hədlərini artırır.
"Qafqazinfo" xəbər verir ki, yeni qaydalar Yutub Tərəfdaş Proqramına daxil olaraq reklam və Yutub Premium gəlirlərindən pay almaq istəyən yeni yaradıcıları əhatə edəcək.
Hazırda proqramın əsas monetizasiya şərtlərindən biri son 12 ay ərzində 1000 abunəçi və 4000 saat uyğun ictimai baxış vaxtı toplamaqdır. "Shorts" videoları ilə proqrama qoşulmaq istəyənlər isə son 90 gündə 10 milyon uyğun baxış toplamalıdır.
Yeni qaydalara əsasən, uzun videolar üzrə tələb olunan baxış vaxtı 4000 saatdan 8000 saata qaldırılacaq. "Shorts" üçün isə 90 günlük baxış həddi 10 milyondan 20 milyona yüksəldiləcək.
Beləliklə, yutub hər iki istiqamətdə monetizasiya üçün tələb olunan əsas baxış göstəricilərini ikiqat artıracaq.
Yutub bildirib ki, yeni giriş tələbləri artıq Tərəfdaş Proqramında olan məzmun yaradıcılarına şamil edilməyəcək.
Şirkət həmçinin pərəstişkarların birbaşa maliyyə dəstəyini təmin edən Fan Maliyyələşdirmə alətləri və Yutub Alış-veriş funksiyası üzrə mövcud giriş tələblərinin dəyişməyəcəyini açıqlayıb.
Hazırda dünyada 3 milyondan çox məzmun yaradıcısının Yutub Tərəfdaş Proqramında olduğu bildirilir. Şirkətin sözlərinə görə, bu, 2018-ci ildən bəri proqramın qaydalarında edilən ilk böyük dəyişikliklərdən biridir.
Yutub "Shorts" videolarından gəlir əldə etmək üçün də yeni mexanizm tətbiq edəcək.
Şirkətin açıqlamasına görə, 1 fevral 2027-ci ildən etibarən "Shorts" reklam və abunə gəlirlərindən pay almaq üçün kanallar son 90 gün ərzində ən azı 10 milyon uyğun "Shorts" baxışı toplamalıdır.
Bu göstəricidən aşağı düşən kanallar isə Tərəfdaş Proqramından çıxarılmayacaq və uzun videolarından gəlir əldə etməyə davam edəcəklər. Kanal yenidən 10 milyon baxış həddini keçdikdə "Shorts" gəlir paylaşımı bərpa olunacaq.
Şirkət bildirib ki, dəyişikliklər məzmun yaradıcıları üçün yeni təşviq və gəlir imkanlarının maliyyələşdirilməsinə şərait yaradacaq.
Yutub Alış-veriş bonusları, brend əməkdaşlıqları və platformada yeni trendlərin inkişafını dəstəkləyən müxtəlif təşviq proqramlarının genişləndiriləcəyini açıqlayıb.
Şirkət dəyişikliklərə baxmayaraq, 2027-ci ildə məzmun yaradıcılarına 2026-cı illə müqayisədə daha çox vəsait ödəməyi gözlədiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 451 Tarix: 12 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrEvin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan
3 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrWi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabr