Cəlbediciliyi artırmaq üçün sadə hiylə - Alimlər açıqladı
Alimlər müəyyən ediblər ki, üz kontrastlı fonla əhatələndikdə və ya tünd saçlarla çərçivələndikdə üz dərisi daha hamar görünür. Bu zaman dərinin özündə heç bir dəyişiklik baş vermir. Nəticələr bəzi rəng kombinasiyalarının xarici görünüşü niyə daha cəlbedici göstərdiyini anlamağa kömək edir.
Qaynarinfo xəbər verir ki, araşdırma "Perception" jurnalında dərc olunub.
Tədqiqat iki təcrübədən ibarət olub. Birinci təcrübədə üzlər dəri tonu ilə yüksək və ya aşağı kontrast yaradan müxtəlif rəngli oval fiqurlarla əhatələnib. İkinci təcrübədə isə alimlər üzün özünə toxunmadan saçların açıq-tünd tonunu rəqəmsal üsulla dəyişiblər.
İştirakçılar fon yüksək kontrastlı, məsələn, qara oval şəklində olduqda dərini daha hamar qəbul ediblər. Eyni effekt saçların tündləşdirilməsi zamanı da müşahidə olunub: tünd saçların fonunda dəri daha hamar görünüb, baxmayaraq ki, üzün özündə heç bir dəyişiklik olmayıb.
Tədqiqat müəlliflərinin sözlərinə görə, dərinin hamar görünməsi yaş, sağlamlıq və cəlbediciliklə bağlı qiymətləndirməyə əhəmiyyətli təsir göstərir. Bu, qara geyimlərin qırmızı, mavi, yaşıl, sarı və ağ rənglərlə müqayisədə niyə daha yüksək cəlbedicilik qiyməti almasını da qismən izah edir. Yüksək kontrast obrazın daha baxımlı görünməsini gücləndirir.
Saç düzümü də oxşar şəkildə təsir göstərir. Orta və uzunluqda açıq buraxılmış saçlar qısa və ya yığılmış saçlarla müqayisədə cəlbediciliyi daha çox artırır. Bunun səbəblərindən biri məhz kontrastdır: üzün kənarlarında yerləşən tünd saç telləri dərinin vizual olaraq daha hamar görünməsini təmin edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 791 Tarix: 14 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Avatar"ın növbəti iki filmi bu tarixlərdə yayımlanacaq
"Avatar" franşizasının növbəti iki filminin nə vaxt ekranlara çıxacağı bəlli olub. Axşam.az xəbər verir ki, rejissor Ceyms Kemeronun məşhur fantastik film seriyasının dördüncü hissəsi 2029-cu il dekabrın 21-də, beşinci filmi isə 2031-ci il dekabrın 19-da tamaşaçılara təqdim olunacaq. Məluma
28 noyabrTemperaturda tarixi rekord - Dünya həmin həddi keçdi
Dünya sənayeləşmədən əvvəlki dövrlə müqayisədə temperaturun 2 dərəcə Selsidən çox yüksəldiyi ən uzun dövrü (6 gün ərzində müşahidə olunub) yaşayıb. Alimlər bunu iqlim böhranının sürətləndiyini göstərən ciddi siqnal kimi qiymətləndirirlər. "Qafqazinfo" xəbər verir ki, "Kopernik" İqli
26 noyabrDünyada ən çox oxunan kitablar - Milyonların sevimli əsərləri
Dünya ədəbiyyatında elə kitablar var ki, əsrlər keçsə də, populyarlığını itirmir. Bəzi əsərlər yüz milyonlarla nüsxə satılaraq dünyanın ən məşhur kitabları sırasına daxil olub. xəbər verir ki, dünyada ən geniş yayılan kitablar arasında Bibliya xüsusi yer tutur. Müxtəlif dillərdə milyardlarla nüsxəs
22 noyabrYumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
Marketlərdən alınan yumurtaların qabığına vurulan kodlar məhsulun hansı şəraitdə istehsal edildiyi barədə mühüm məlumat verir. xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, kodun ilk rəqəmi toyuğun yetişdirilmə üsulunu göstərir:. 0 ilə başlayanlar: Orqani
28 noyabrDünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?
Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni
22 noyabrYuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar
25 noyabrQəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb
Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla
25 noyabrSən demə buzlaqlar da "oxuya" bilirmiş
Buzlağın rəngi işıqlandırmadan və baxış bucağından, çıxardığı səslər isə hərəkətindən və temperatur şəraitindən asılıdır. Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun İqlim və Ətraf Mühit Dəyişiklikləri Laboratoriyasının elmi əməkdaş
27 noyabr