Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi
Telefon zəng çalanda fərqində olmadan otağın içində fırlanmağa, dəhlizdə o yana-bu yana addımlamağa başlayanlardansınız? Tək deyilsiniz. Bir çox insanın fərqində olmadan sərgilədiyi bu davranış psixoloqlara görə sadə bir vərdişlə məhdudlaşmır. Mütəxəssislər telefon danışığı zamanı ortaya çıxan bu hərəkətliliyin arxasındakı əsas səbəbləri açıqladılar.
Milli.Az xəbər verir ki, ümumi ünsiyyətdə mimikalar, əl-qol hərəkətləri və bədən dili mesajın böyük hissəsini təşkil edir. Lakin telefonla danışarkən qarşı tərəfi görə bilmədiyimiz üçün beyin bu çatışmayan visual işarələri kompensasiya etməyə çalışır. Psixoloqlar ünsiyyət zamanı beynin motor korteksində yığılan jest və mimika etmək istəyinin qarşıda vizual həmsöhbət olmadığı üçün bütün bədənə yayıldığını bildirirlər. Ünsiyyət qurarkən hiss etdiyimiz ifadə etmək istəyi qarşı tərəfə ötürülə bilmədiyi üçün fiziki addımlamaya çevrilir.
Telefon danışıqları - xüsusilə iş danışıqları, mübahisələr və ya həyəcanverici xəbərlər ehtiva etdikdə - bədəndə yüngül adrenalin və zehni gərginlik artımına səbəb olur. Psixoloji araşdırmalara görə gəzmək bu yığılan kinetik enerjinin bayıra atılmasına və emosional balansın qorunmasına kömək edən təbii boşalma mexanizmidir.
Yüngül səviyyədə fiziki fəaliyyətin beynin idrak funksiyalarını dəstəklədiyi hər kəsə məlumdur. Telefonla danışarkən gəzmək qan dövranını sürətləndirərək beyinə gedən oksigen miqdarını artırır. Psixoloqlar hərəkətdə olarkən söz tapmağın, düşüncələri təşkil etməyin və mürəkkəb mövzuları təhlil etməyin oturan insana nisbətən daha asan baş verdiyini qeyd edirlər. Buna görə də gəzmək fərqində olmadan daha təsirli bir ünsiyyət qurmaq üçün zehni aktiv saxlama üsulu kimi önə çıxır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 549 Tarix: 16 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrEvin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan
3 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrWi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabr