Azərbaycan-Ukrayna münasibətləri köklü dövlətlərarası münasibətlərə malikdir

Azərbaycan-Ukrayna münasibətləri köklü dövlətlərarası münasibətlərə malikdirAzərbaycan Prezidentinin Ukraynanın İrpen şəhərinin "fəxri vətəndaşı" elan edilməsi iki ölkə arasında humanitar və siyasi münasibətlərin yüksək səviyyədə olduğunu göstərən simvolik addımlardan biri kimi qiymətləndirilir. İrpen şəhər şurası bu qərarı Azərbaycanın müharibənin ilk günlərindən şəhərə göstərdiyi dəstək, sosial infrastrukturun bərpasında iştirakı və humanitar yardımlarla əlaqələndirib.

Bəs, İlham Əliyevin İrpenin "fəxri vətəndaşı" elan edilməsi Azərbaycan-Ukrayna münasibətləri baxımından hansı siyasi və diplomatik əhəmiyyət daşıyır və bu addımı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə verilən siyasi qiymət kimi dəyərləndirmək olarmı?
Azərbaycan-Ukrayna münasibətləri köklü dövlətlərarası münasibətlərə malikdirMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan-Ukrayna münasibətləri olduqca yüksək səviyyədə inkişaf edən münasibətlər sisteminə malikdir.

"Azərbaycan bu gün Ukrayna ərazilərinin işğalı məsələsində Ukraynanın mövqeyini dəstəkləyir və bunu yüksək səviyyədə qeyd edir. Rusiya tərəfindən Ukraynada aparılan əməliyyatları işğalçılıq müharibəsi kimi qiymətləndirir. Cənab Prezident də öz çıxışlarında bunu qeyd edib. Azərbaycan xüsusilə Ukraynaya humanitar yardımlar edir və bu məsələdə dəstəyini ifadə edir. Prinsip etibarilə, Kiyevlə Bakı arasında təmaslar həmişə yaxşı olub. Bunu Prezidentin bu gün qəbul etdiyi keçmiş prezident Viktor Yuşşenkonun timsalında da görə bilərik. Keçmiş prezident olmasına baxmayaraq, ölkə başçısı onu dostu və hörmət etdiyi şəxs kimi qiymətləndirir. Bu, əslində onu göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri ayrı-ayrı şəxslərə əsaslanmır, köklü dövlətlərarası münasibətlərə malikdir".

Politoloq bildirib ki, bu baxımdan, Ukraynanın İrpin şəhərinin Azərbaycan Prezidentinə fəxri vətəndaş adını verməsi də simvolik və diplomatik jestdir:

"Mənə elə gəlir ki, bu tipli addımlarla Ukrayna Azərbaycanı və Azərbaycan vətəndaşlarını, o cümlədən ölkə başçısını özünə yaxın tərəf kimi qiymətləndirdiyini diplomatik-siyasi jestlərlə ifadə edir. Hesab edirəm ki, bu, mühüm və ciddi addımdır. Əlbəttə, bunu Azərbaycanın Ukraynaya verdiyi humanitar dəstəyə simvolik jest kimi də qiymətləndirmək olar. Azərbaycan ümumiyyətlə beynəlxalq hüququn prinsip və normalarını dəstəkləyir. Heç bir gərginliyin və heç bir münaqişənin müharibə yolu ilə həllinin tərəfdarı deyilik. Belə bir vəziyyət yarandıqda isə hər zaman beynəlxalq hüquq çərçivəsində haqlının yanında oluruq".

Onun sözlərinə görə, Azərbaycan özü də 30 il ərzində torpaqlarının işğal altında olması ilə bağlı vəziyyətlə üzləşib və faktiki olaraq ikili standartlara məruz qalıb:

"İşğalçı ilə işğala məruz qalan arasındakı fərq uzun müddət göstərilmirdi. Azərbaycan isə buna rəğmən öz torpaqlarını işğaldan azad etdi. Cənab Prezidentin çıxışlarının birində belə bir ifadə işlətdiyini xatırlayıram: Ukrayna xalqı səbirli və təmkinli olmalıdır, haqq-ədalət bir gün öz yerini tapır. O baxımdan hesab edirəm ki, iki ölkə arasındakı münasibətlər inkişaf edir və gələcəkdə də bunun şahidi olacağıq. Ölkələr arasında xüsusi bir problem yoxdur. Ukraynanın Azərbaycana, yaxud Azərbaycanın Ukraynaya hər hansı incikliyi yoxdur. Əksinə, Azərbaycan Ukraynaya dəstək verən ölkələrdəndir".

Ekspert qeyd edib ki, ən mühüm məqamlardan biri də Azərbaycanın Rusiya-Ukrayna müharibəsində sərgilədiyi balanslı mövqedir:

"Bu mövqe gələcək perspektivdə Bakı və Azərbaycanın digər şəhərlərini Rusiya-Ukrayna danışıqları üçün alternativ və təhlükəsiz məkan kimi nəzərdən keçirməyə imkan verir. Gələcəkdə Bakının vasitəçiliyi ilə və ya Bakının ev sahibliyi ilə belə danışıqların keçirilməsi mümkündür".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 425   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

Azərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər

Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr

13 oktyabr
.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Emoməli Rəhmon Azərbaycana yola düşüb

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət

14 oktyabr
.

İlham Əliyevin adından Laos prezidentinin şərəfinə rəsmi nahar verilib - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavin

13 oktyabr
.

İlham Əliyev: "Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır"

"Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı"

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Laos bizim üçün dost ölkədir"

"Laos bizim üçün dost ölkədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı xatırladıb ki, 30 ildən çoxdur davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir

13 oktyabr
.

İlham Əliyev: "Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək"

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı, həmçini

13 oktyabr