"İnsan yalnız taleyinin yazıldığı yerdə yaşamır, bəzən həyatın ona yazdığı cümlənin altına öz cümləsini yazır" -FAZİL TURAN
Bu dəfəki mövzumuz xoşbəxtlik və balans ilə bağlıdır. Taleyi dəyişmək mümkündürmü? Çoxumuz xoşbəxtliyi uzaqlarda axtarsaq da , əsil xoşbəxtlik çox vaxt öz daxilimizdəki rahatlıqdan,sevdiklərimizdən və həyatla qurduğumuz balansdan başlayır. Bəs xoşbəxt olmağın əsil sirri nədədir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən şəxsi inkişaf üzrə təlimçi, motivator və yazıçı Fazil Turan hesab edir ki, həyatın özünə məxsus balans mexanizmi var.İnsan çox informasiya əldə etməyə başlayanda, əvvəlki kimi xoşbəxt ola bilmir. Çünki bəzi həqiqətlər öyrənildikdən sonra onları artıq bilməmiş kimi yaşamaq mümkün olmur:
"Biz uşaq olduqda dünyanı çox sevirik, çünki dünyanı tanımır və hələ kəşflərə başlamamış oluruq. Böyüdükcə isə insan dünyanı yox, onun içindəki insanı tanımağa başlayır. Ən böyük məyusluq da elə burada başlayır. Çox bilmək bəzən xoşbəxtliyi azaltmır, sadəcə insanın xoşbəxtlik haqqında illüziyasını öldürür. Az bilən insanın rahatlığı isə həmişə xoşbəxtlik deyil. Bəzən insan sadəcə həqiqətin hansı tərəfdə olduğunu bilmədiyi üçün rahat olur və bu rahatlığa xoşbəxtlik deyir. Məncə, xoşbəxtlik həqiqəti bilməməkdə deyil. Həqiqəti bildikdən sonra onunla yaşamağı bacarmaqdadır.Çünki həyat insana hər istədiyini vermək üçün yaradılmayıb. Bəzən sənə sevgi verəcək, amma rahatlıq verməyəcək. Bəzən pul verəcək, amma yuxunu alacaq. Bəzən insanları verəcək, amma onların içində tənhalığı göstərəcək. Və sən bir gün anlayacaqsan ki, insanın bədbəxtliyi həmişə sahib olmadıqları ilə bağlı deyil. Bəzən sahib olduqlarının əslində nə olduğunu bilməsi ilə bağlıdır. Bəlkə də xoşbəxtlik çox şeyə sahib olmaq deyil, sahib olduqlarının səni nə qədər idarə etdiyini bilməməkdir"
Yazıçının fikrincə,insanın taleyini dəyişdirib-dəyişdirə bilməyəcəyinə qəti cavab vermək ona biraz iddialı görünür. Amma o bir şeyə inanır:
"Mən taleyin nə olduğunu tam bildiyimizi düşünmürəm. İnsan başına gələn hər hadisəni seçə bilməz , bu düterminizasiya qaydasına ziddir. Bütün baş verənlər səbəblərə bağlıdır. Səbəbləri isə özümüz yaradırıq. Amma başımıza gələnlərin içində kimə çevriləcəyimizi müəyyən qədər seçə bilərik. Bəlkə tale sənə verilən hadisələrdir, seçim isə həmin hadisələrdən sonra etdiyindir. Səni yıxan hadisə taleyin ola bilər. Orada necə qalxacağın isə sənin payındır. Bəlkə insan taleyin ona qoyduğu sərhədlərin içində özünü dəyişir. Və bəzən ən böyük dəyişiklik həyatının dəyişməsi deyil. Həyat dəyişmədiyi halda, sənin ona baxışının dəyişməsidir. Çünki insanın ən ağır taleyi bəzən yaşadığı həyat deyil. Yaşadığı həyatın başqa cür ola biləcəyinə ömrünün sonuna qədər inanmasıdır. Bax həyatın balansı budur,hər şeyi biləcək qədər oyanıq, hər hadisəni dəyişə bilməyəcəyini qəbul edəcək qədər müdrik, amma yenə də dəyişdirə biləcəyin hadisələr üçün mübarizə aparacaq qədər inadkar olmaq. Çünki insan yalnız taleyinin yazıldığı yerdə yaşamır. Bəzən həyatın ona yazdığı cümlənin altına öz cümləsini yazır. Və bəlkə də qədərin çəkisi məhz buradadır: sənə nə verildiyində yox,verilənlə nə etdiyində"
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı