"Laçın həsrətinə son qoyulub" - AÇIQLAMA

"Laçın həsrətinə son qoyulub" - AÇIQLAMA"1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcədə təsir göstərdi. Lakin belə böyük bir itki də xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. Bütün işğal dövründə hər bir Laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və qayıtdı. 31 illik işğaldan sonra Ordumuzun şücaəti və dövlət başçımızın mahir diplomatiyası sayəsində döyüşsüz təhvil alınan Laçın şəhəri viran edilmiş vəziyyətdə idi. Gecə-gündüz dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir", - bunları Sonxeber.az -a danışan Tarix elmləri doktoru, professor Həcər Verdiyeva deyib:

"Böyük Qayıdışın növbəti mərhələsi olan və 2023-cü il mayın 28-dən başlayan Laçına qayıdış artıq başlanıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust "Laçın şəhəri günü" elan edilib. Altı il öncə dekabrın 1-də işğaldan azad olunan Laçın şəhəri bu gün bayram əhval-ruhiyyəsindədir. 2023-cü il ilk dəfə "Laçın şəhər günü" Qarabağın Fatehi, ölkə başçısı İlham Əliyevin iştirakı ilə keçirilib. Şəhər gününə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı hər bir Laçınlının bu günü böyük qürur hissi ilə yaşadığını qeyd edərək dedi: "Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük."
2023-cü ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulduğunu vurğulayan Prezident bildirdi ki, "…23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir." Vətən Müharibəsi rəsmən 2020-ci ilin 9 noyabrında başa çatsa da Azərbaycanın öz suverenliyini tam bərpa etməsi məhz bu ilin 23 aprel tarixində Ermənistanla Azərbaycan arasında ilk sərhəd-buraxılış məntəqəsinin bərpa edilməsi ilə təmin olundu. Bu Azərbaycan dövlətinin gücünü, cəsarətini və xalqımızın dəmir iradəsini nümayiş etdirən əlamətdar bir hadisə idi.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilmişdi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı.
Artıq Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Laçında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri onun sakinləri üçün ən müasir standartlara uyğun həyat şəraiti təmin edir. Tikintisi qələbədən az sonra 2021-ci ildə başlanmış generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası artıq işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılmış 14,25 meqavat gücündə "Ağbulaq", 8,25 meqavat gücündə "Mişni" və 6 meqavat gücündə "Alxaslı" Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tamamilə yenidən qurulub. "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də işə salınıb.
Rayonun yol-nəqliyyat infrastrukturu yenidən və ən müasir standartlar üzrə qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu tikilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpünün də inşa edilməsi nəzərdə tutulur.
Təməli 2021-ci ildə qoyulmuş Laçın Beynəlxalq Hava Limanının 2025-ci il may ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Hava limanı dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilib və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olmuşdur. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Bütün bununla yanaşı, tezliklə Laçın şəhərində xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də inşa edilib. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərməsi planlaşdırılıb.
2023-cü ilin 28 may tarixindən başlayan Laçına qayıdış laçınlıların doğma yurd həsrətinə son qoyub. Laçın və laçınlılar gələcəyə böyük inamla və ümidlərlə baxırlar. Ölkəmizin ən cazibədar güşələrindən biri olan Laçın şəhərinə həyatın qayıtması ilə bütün Azərbaycan xalqı öz tarixinin ən qürurlu səhifələrindən birini yaşayır. Azərbaycan xalqı bu zəfəri qazananları və bu möhtəşəm tarixi yaradanları heç vaxt unutmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 83   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Laçın özünün yeni dövrünə qədəm qoyub" - AÇIQLAMA

"1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. 1 şəhər, 1 qəsəbə və 125 kəndi olan və böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələr

20 avqust
.

ABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərin

12 avqust
.

Ələt və Türkmənbaşı limanları yük axınına nəzarətdə əməkdaşlığı gücləndirir

Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) beynəlxalq dəniz limanlarında dəniz daşımaları sahəsində məlumat mübadiləsi üzrə birgə praktiki təlim keçirilib. "Report" Türkmənistanın Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, məqsəd yük axınlarına nəzarətin səmərəliliyinin artırılmas

14 avqust
.

"Dövlət auditi" informasiya sistemi yaradıldı

Prezident İlham Əliyev "Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. Nazirlə

14 avqust
.

İlham Əliyevin Naxçıvana səfəri sosial-iqtisadi simasnı tamamilə dəyişəcək - Deputat

"Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyula

12 avqust
.

Rusiya özünü hələ də böyük imperiya hesab edir - AÇIQLAMA

Rusiyanın bəzi media resurslarında Azərbaycanla bağlı təhqiramiz və təhdid xarakterli ifadələrin yayılması iki ölkə arasındakı informasiya münasibətləri baxımından müzakirələri davam etdirir. Azərbaycan Mətbuat Şurası da bu cür materialları sivil jurnalistika prinsiplərinə və etik normalara zidd hesa

19 avqust
.

"Ankara həm NATO üzvüdür, həm də regionda ciddi siyasi və hərbi imkanlara malikdir" - BƏHRUZ QULİYEV

"Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə imzalanan birgə müdafiə sazişinə yalnız üç ölkə arasındakı hərbi əməkdaşlıq sənədi kimi yanaşmaq düzgün olmazdı. Bu saziş regionda İran-ABŞ qarşıdurmasının yaratdığı yeni təhlükəsizlik reallığının nəticəsidir. Məsələnin ən mühüm tərəfi onda

11 avqust
.

Naxçıvanda binalar belə görünəcək - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" ilə tanış olublar. "Qafqazinfo"nun məlumatına görə, Baş Plan "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafın

12 avqust
.

Laçına köç davam edir

2023-cü il avqustun 26-da Laçında Şəhər Günü böyük coşqu ilə qeyd olunub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bayram tədbirində iştirak etməsi xüsusilə əlamətdardır. Bayram tədbirində dövlətimizin başçısı çıxış edərək "Laçın Şəhəri Günü" münasibətil

20 avqust